Beyrutun cənubunda şiddətli partlayış baş verib

img

06-11-2024 [19:07]


İsrailin hücumu altında olan Livanın paytaxtı Beyrutun cənubunda şiddətli partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Bildirilib ki, az əvvəl "Hizbullah"ın qalası kimi tanınan Dahiyə bölgəsindəki Leyleki məhəlləsində baş verən güclü partlayışdan sonra ərazidən alov və tüstü qalxmağa başlayıb.

Xəbərdə deyilir ki, partlayış İsrail Ordusunun sözçüsü Aviçay Adraeenin X hesabından Dahiyedə 6 nöqtəyə hücum anonsundan qısa zaman sonra baş verdiyinə diqqət çəkilib.

İtkilər barədə isə hələlik məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA