2025-ci ilin büdcəsi ilə bağlı rəy Milli Məclisə göndərilib
30-10-2024 [19:08]
Hesablama Palatasının 2025-ci ilin büdcəsi ilə bağlı rəyi Milli Məclisə göndərilib.
Mia.azPalataya istinadən xəbər verir ki, bununla bağlı qərar Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasındə qəbul edilib.
Məlumata görə, iclasda ilk olaraq Azərbaycanın 2025-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub. Rəy 2025-ci il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir. Rəyin hazırlanması zamanı INTOSAI-P 1 – Lima Bəyannaməsinin 2-ci maddəsinin tələbləri (pre-auditə dair) nəzərə alınıb, mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından da istifadə olunub.
Müzakirələrdə Rəyin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəyin təsdiq olunması və Milli Məclisə göndərilməsi barədə qərar qəbul olunub.
Daha sonra iclasda “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin istifadəsi və idarə olunması üzrə uyğunluq auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.
Qeyd olunub ki, aparılmış auditlə Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən, gəlir və xərclərini təsdiqləyən hüquqi aktın olmaması, tabeliyində və strukturunda olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin bir hissəsinin digər məqsədlərə yönəldilərək təyinatı üzrə istifadə edilməməsi, dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməklə tibbi sığorta vəsaitləri hesabına əsas vəsaitlər alınaraq və ya əsaslı vəsait qoyuluşu hesabına tikilməli olan tikinti obyektinə vəsait xərclənərək formalaşmış aktivlərin qanunsuz olaraq digər qurumun balansına və istifadəsinə verilməsi halları müəyyən edilib.
Bununla yanaşı, tibbi-iqtisadi ekspertiza üçün müəyyən edilmiş tələblər pozularaq müvafiq vəzifələrə tələbləri ödəməyən şəxslərin işə götürüldüyü, tibbi-iqtisadi ekspertizanın düzgün aparılmadığı və göstərilmiş tibbi xidmətlərin dəyərindən artıq vəsaitin ödənildiyi, donor saylarının artıq göstərilərək artıq vəsait alındığı, hesabat təqdim edilmədiyi halda tibb müəssisələrinə vəsaitlərin köçürüldüyü, digər qurum və hüquqi şəxs tərəfindən alınmış avadanlıqların əlavə dəyər vergisinin, habelə tibbi məhsulların və avadanlıqların, xidmətlərin dəyərinin tibbi sığorta vəsaitləri hesabına ödənildiyi, vergi öhdəliklərinin vaxtında icra edilmədiyi, işçilərlə hesablaşmalarda artıq ödənişlərə yol verildiyi, eləcə də bir sıra digər hüquq pozuntularına yol verilməsi ilə müşayiət olunan tapıntılar aşkar edilib.
Kollegiya müzakirəsinin yekununda yüksək məbləğlərlə ifadə olunan və müvafiq hüquqi məsuliyyətə səbəb olan pozuntulara yol verilməsi halları nəzərə alınaraq, auditin nəticəsi barədə materialların aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanına göndərilməsi haqqında qərar qəbul edilib.
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq