İcra başçısının xanım müavininin vəzifədən azad olunma səbəbi bilindi - Cinayət işi açılıb
11-10-2024 [15:56]
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.
Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.
Bələdiyyə seçkiləri: sənədlərinin DSK-ya təqdim müddəti başa çatıb
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində - FOTOLAR
Niyyəti səni məhv etmək olan bir dövlət... - Şahin Cəfərli yazır
Bakıda müğənni 30 sutkalıq həbs olundu - VİDEO
Daha bir ölkə başçısı İlham Əliyevə zəng edib
"Azərbaycan Hava Yolları" QSC məlumat yayıb
Gecikmiş üzrxahlıq və ya Xəzərdə batan “quş” söhbəti
Sabah yağış və qar yağacaq
İstanbuldan Bakıya gələn Ağdaş və Neftçala sakinləri hava limanında tutulub - Narkotiklə + FOTOLAR
"Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək - Bayram günlərində
Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb
Təyyarə qəzası: Balakənli sərnişinin nəşi ailəsinə təhvil verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gündən yeddi günlük tətil başlayıb
"Beşiktaş"ın yeni prezidenti seçilib - 8901 səslə
Fransa səfiri təyyarə qəzasında həlak olanların xatirəsini yad edib: "Düşüncələrimiz qurbanlar, onların ailələri və..."
"Qalatasaray"ın hücumçusu məhkəməyə arvadından faktlar təqdim etdi - İntim əlaqələri ilə bağlı
Suriyada iqtidara sahiblənən HTŞ lideri: "4 il prezident və parlament seçkisi olmayacaq"
"3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər" (FOTOLAR)
Belçikada elektron siqaretlər qadağan olunur - Bu tarixdən
Qəzzada ölənlərin sayı artıb
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti azaldıldı - Əli Əsədov qərar verdi
Kaş görəydin sənə olan sevgi-istəyi... - SƏXAVƏT TAĞLAR YAZIR
QAZ LİMİTİ NƏ VAXT YENİLƏNƏCƏK? - "Azəriqaz"ın şöbə rəisi detalları açıqladı (VİDEO)
Prezident İlham Əliyev fərman verdi - Dəyişiklik
İsrail Qəzzada daha bir xəstəxananı bombalayıb
SOCARA YENİ SƏLAHİYYƏT VERİLDİ - Sərəncam
Prezident daha iki qanuna dəyişikliyi təsdiqləyib
Hərbi xidmətə çağırış yaşı dəyişdi - DETALLAR
PREZİDENT 3 NƏFƏRƏ MİLLİ QƏHRƏMAN ADI, İKİ NƏFƏRƏ İSƏ ORDEN VERDİ - Təyyarə qəzasıyla bağlı
"Dövr Türkiyə və region üçün sülh, demokratiya və qardaşlıq dövrüdür" - Öcalan bəyanat yaydı
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Təyyarə qəzası ilə bağlı
Xorvatiyada prezident seçkiləri keçirilir - İkinci tur olacaq?
Şenol Günəş: “Hələ çətin günləri yaşayırıq"
Dağlıq ərazilərə qar yağacaq
Norveçdən Hollandiyaya uçan təyyarə qəzaya uğrayıb - Açıqlama