Bu gündən yeddi günlük tətil başlayıb

img

30-12-2024 [00:03]


Bu gündənAzərbaycanda yeddi gün qeyri-iş günü başlayıb.

Mia.az-ın məlumatına görə, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA