"Qalatasaray"ın hücumçusu məhkəməyə arvadından faktlar təqdim etdi - İntim əlaqələri ilə bağlı

img

29-12-2024 [23:01]


"Qalatasaray"ın argentinalı qolçusu Mauro İkardinin boşanmaq üzrə olduğu həyat yoldaşı Vanda Narann ona xəyanətindən bəhs edən dosyeni məhkəməyə təqdim edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Naradan boşanmaq, onun adına olan hər nə varsa geri almaq üçün Argentina məhkəməsinə sensasiyalı faktlar təqdim etdiyini gizlətməyib.

Məlumata görə, Mauro İkardi boşanmaq üzrə olduğu həyat yoldaşı Naranın ona vaxtilə komanda yoldaşı olmuş, son olaraq "Sivasspor"da forma geyinmiş Keyta Balde ilə yanaşı, daha bir neçə şəxslə xəyanət etdiyini bildirib: "İkardi məhkəməyə arvadının intm əlaqələrindən bəhs edən xəyanət dolu dəlillər təqdim edərək, uşaqlarını da ondan geri almaq istəyir".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA