İtaliyada rəsmi qurumların saytlarına hücum olub - Rusiyalı hakerlər tərəfindən

img

29-12-2024 [20:39]


İtaliyada Xarici İşlər Nazirliyi başqda olmaqla, bir neçə dövlət qurumunun saytına hakerlər hücum ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat verib.

Agentlik yazıb ki, Rusiyayönlü bir qrup haker İtaliyanın bəzi rəsmi qurumlarının internet saytlarına kiberhücum həyata keçirib: "Onlar Xarici İşlər Nazirliyinin rəsmi saytı ilə yanaşı, Milanda iki hava limanının və bəzi rəsmi qurumların internet saytlarını şçəkdürməyə cəhd ediblər. Bəzi təşkilatların saytlarına ciddi problemlər də yaradılıb. Onlar saytlara müdaxilə edərək "Rusiya qarşı olanlar cavablarını alır" mesajını yerləşdiriblər".

İtaliya rəsmiləri hücumun XİN-in və hava limanındakı uçuşlara maneə yaratmadğı haqda açıqlama veriblər.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR