Fransa səfiri təyyarə qəzasında həlak olanların xatirəsini yad edib: "Düşüncələrimiz qurbanlar, onların ailələri və..."

img

29-12-2024 [23:11]


Bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon vurulan Azərbaycan təyyarəsində həlak olanların xatirəsini yad edib.

Mia.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Məlumatda deyilir: "Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub.

Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR