Klub rəsmisi oğlunu hamının gözü qarşısında vurdu, daha sonra isə... - FOTOLAR

img

29-12-2024 [21:51]


"Beşiktaş" klubunda keçiriən erkən seçkilərdə gərginlik olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurultayına hazırkı administrasiyada futbol şöbəsinin müdiri vəzifəsində çalışan və eyni zamanda, klub prezidentliyinə iddialı namizəd Hüseyn Yücelin yeni siyahısında olan Mete Vardar rəqibləri ilə mübahisə edib.

Məlumata görə, onu ətrafı sakitləşdirmək istəsə də, nail ola bilməyiblər: "Bu zaman oğlu Sinan atasına yaxınlaşaraq onu sakitləşdirmək istəyib. Oğlunun məsləhətinə daha da qəzəblənən Vardar onu şillələyib."

Xəbərdə deyilir ki, az sonra Mete Vardar sakitləşib və oğlunun qucaqlayaraq könülünü alıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA