AFFA İntizam Komitəsi daha üç komandaya texniki məğlubiyyət verib

img

11-10-2024 [13:04]


AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Mia.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Latsio Baku” –“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Bayern Baku” – “Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA