Livanda BMT sülhməramlıları vurulub  - İki hərbçi xəstəxanaya aparılıb

img

10-10-2024 [15:59]


BMT-nin Livandakı sülhməramlı qüvvələrinin müşahidə postu vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müşahidə qülləsini vurması nəticəsində iki sülhməramlı yaralanıb.

Məlumata görə, onlar xəstəxanaya yerləşdirilib, durumları normaldır.

BMT-nin Livandakı Sülhməramlı Qüvvələri faktı təsdiqləyiub. Bildirilib ki, İsrail və Hizbullah arasında qarşılıqlı atışma zamanı dəfələrlə belə hal təkrarlanıb.

BMT əsgərləri bildiriblər ki, İsrail ordusu qəsdən təhlükəsizlik kameralarına atəş açıb və onları sıradan çıxarıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA