İsrail Rusiya hərbi bazasının olduğu şəhərin "altını üstünə" çevirdi - Tartus gecəylə alova bürünüb (FOTOLAR)

img

25-09-2024 [09:29]


Livanı bombardman eləyən İsrail paralel olaraq Suriyanın Tartus şəhərini vurmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazıb.

Bildirilib ki, gecəboyu İsrail qüvvələri Suriyanın Tartus şəhərində azı 30 hədəfə güclü zərbələr endirib: "Şəhərdəki İran və Hizbullah qüvvələrinin mövcud olduğu hədəflər raket zərbələri ilə darmadağın edilib. Ordu mənbələri bu şəhərə hücumları artıracaqlarını gizlətmirlər.".

Xatırladaq ki, Tartus Türkiyə sərhədinə yaxın yerləşir və burada Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus böyük bir hərbi baza və xeyli hərbçilər var.

Suriya İnsan Haqları Müşahidə Qrupu da Tartusa hücumla bağlı açıqlama yayıb. Qeyd edilib ki, Tartusa yönələn raketlərin çoxu Bəşər Əsəd rejiminə məxsus hava müdafiə sistemləri tərəfindən havada vurulub: "Bununla belə, raketlərin bir çoxu hədəfı vurub. Nəticədə şəhərin bir çox yerləri alova bürünüb...".

Suriya tərəfi itkilərlə bağlı açıqlama verməyib.

Samir MUSAYEV

MİA.AZ


 


Digər xəbərlər
SON XƏBƏRLƏR