Ceyhun Bayramov Andrey Sbika ilə görüşüb - ABŞ-da (FOTO)

img

24-09-2024 [16:37]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sbika ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məılumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın cari aspektləri və perspektivlərini müzakirə ediblər.

Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektləri barədə danışıblar.

Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və COP29-a hazırlıq barədə fikir mabdiləsi aparıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR