Qarabağ Universitetində tarixə keçən ilk akademik dərs... - Əli Cabbarov yazır
YAZARLAR
24.09.2024, 18:12
Əli CABBAROV,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Hər yeni tədris ili təhsil həyatına başlayan gənclərin və onların valideynlərinin həyəcanı ilə yadda qalır, insanlarda daha geniş hədəflər və arzular yaranır.
Təzəcə başlamış bu tədris ili isə xalqımızın həyatında daha da yaddaqalan hadisələrlə zəngin və ölkəmizdəki ali məktəblərə rekord sayda tələbənin qəbulu və Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə əlamətdar oldu.
20 sentyabr Dövlət Suverenliyi Günü dövlət başçımız Prezident cənab İlham Əliyevin Qarabağ Universitetinin açılışı mərasimində çıxışı isə təkcə yeni yaradılmış bu ali təhsil ocağının deyil, bütün ölkəmizdəki universitetlərdə fəaliyyət göstərən müəllim və tələbələr üçün bir yol xəritəsi, fəaliyyət planı oldu. Dövlət başçımız Azərbaycan tarixini, xüsusən son 200 illik tarixi bilməyənlər, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış reallıqları görmək istəməyənlər və Azərbaycanın artan nüfuzundan və gücündən qorxuya düşüb sülhə gəlməyənlər üçün növbəti bir dərs keçdi. Bu dərsdən “əla” qiymət alanlar, şübhəsiz, qəbul imtahanlarında yüksək nəticə göstərib Qarabağ Universitetini seçən gənclər olub, dövlət başçımıza gələcəkdə Vətənə layiq kadrlar kimi formalaşmağı, müstəqil, güclü Azərbaycanın qurucuları olmağa söz verdilər. Bu dərsin yekunları həm də ona diqqətlə qulaq asan daha geniş auditoriyanın bundan sonrakı daha səmərəli fəaliyyət planı kimi də iş masası üzərinə qoyuldu. Artıq bundan sonra ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir gəncin dövlət başçımızın müəyyən etdiyi konturlar üzrə formalaşması, milli dəyərlərinə bağlı, güclü Azərbaycan üçün yetişdirilməsi əsas prioritelər olacaq, tarixboyu qarşılaşdığımız ədalətsizliklər və işğalları heç zaman unutmadan dövlətçiliyimizi qoruyan layiqli vətəndaşlar yetişdiriləcək.
Azərbaycan qalib ölkədir və hər birimizin başını uca edən böyük Qələbəmizə sevinən dost və qardaş ölkələrlə yanaşı, təəssüf ki, bunu həzm edə bilməyənlərin də sayı az deyil. Dünyada geostrateji vəziyyətin, siyasi və hərbi konyunkturanın dəyişməsi fonunda ölkəmizin və xalqımızın mənafeləri naminə çalışa biləcək savadlı və vətənpərvər kadrların yetişdirilməsi, bu mənada, ölkəmizdə ali təhsil qarşısında ən böyük vəzifələrdəndir. Dövlət başçımızın da vurğuladığı kimi gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək üçün heç kimin vədlərinə inanmayan və heç bir təsir altına düşməyən gənclik yetişdirilməsi əsas vəzifələrdəndir. İdeoloji təhlükələrin artdığı dünyada, xüsusən də Avropanın bəzi ölkələrində insanların mənəvi boşluğa yuvarlanıb, çürüməkdə olan bir cəmiyyətdə yaşadığı dövrdə ölkəmizdə möhkəm qorunan ailə dəyərlərimiz və hər şeydən üstün tutulan milli dövlətçiliyimiz naminə həmrəy olmağa həmişə hazır olan vətəndaşlar yetişdirmək ziyalılarımızı daim olaraq düşündürməlidir.
Tariximizi öyrənmək, onu düzgün öyrətmək bu gün hər bir müəllimin peşə borcudur. Təsadüfi deyildir ki, bütün ixtisaslar üzrə Azərbaycan tarixinin birinci kursdan tədris olunması ilə başlayan ali təhsildə tələbələrimiz xalqımızın qəhrəmanlıq keçmişini və bugünkü Zəfər tarixini yaxşı mənimsəməklə gələcəkdə onun canlı şahidi olmağın da qürurunu yaşayacaqlar. Xüsusən, son 200 illik tarixdə Azərbaycanın qarşılaşdığı böyük ədalətsizliklər, torpaqlarımızın əsassız iddialar nəicəsində itirilməsinə səbəb olan bütün işğallar və siyasi oyunlar bütün gerçəklikləri ilə gənclərə öyrədilməlidir. Beləcə, gənclərimiz Azərbaycan həqiqətlərinə qarşı münasibətdə dostlarımızı və dost olmayanları yaxından tanımaqla beynəlxalq aləmdəki prosesləri də öyrənə biləcək və bununla da gələcək fəaliyyətlərində dostlarımızın sayının daha da artması üçün düzgün yol seçəcəklər.
XXI əsr texnologiyanın sürətli inkişaf dövrüdür. Artıq Marsdan çəkilmiş yüksək keyfiyyətli videoların Yerə asanlıqla qəbul edildiyi, Aya turist səfərlərinin planlaşdırıldığı bir dövrdə ali təhsilli kadrlar qarşısında da yeni tələblər yaranır. Süni intellektin əmək bazarını sürətlə sıxışdırdığı, bəsit İKT biliklərinə evdar xanımların da sahib olduğu bir dönəmdə yalnız innovativ düşüncəli və optimal qərarvermə qabiliyyətinə malik, hər cür iqtisadi situasiyadan baş çıxaran, uğurlu işgüzar karyera qura bilən gəncliyin yetişdirilməsi gələcəkdə onların rəqabətqabliyyətli ola bilməsinə zəmanət verə bilər. Bunun üçün ali məktəblərdə qurulan tədris üsullarının günün tələbləri səviyyəsində qurulması və buna nail olunması üçün də akademik heyətin daim öz üzərində çalışması qarşıya qoyulmuş vəzifələrdəndir. Startap ideyaları ilə zəngin Azərbaycan gənclərinin yaradıcılıq və innovativ enerjisinin düzgün yönə istiqamətləndirmək, cəmiyyətin gələcək sosial və iqtisadi problemlərini həll etməkdə onlara dəstək vermək bu gün ali təhsildə prioritet yönümlü işlərdəndir.
Ətraf mühit və onun problemləri bu gün rasionalist davranışa sahib olan sağlam düşüncəli hər bir insanı narahat edir. Planetimizin gələcəyini təhlükə altına alan, ekoloji problemləri daha da gərginləşdirən tullantılı sənaye, plansız nəqliyyat və ekstensiv kənd təsərrüfatı ərazisindən və iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri narahat edən məsələlərdəndir. Qarabağın otuz illik erməni işğalı dövründə ekosiddən də ciddi əziyyət çəkmiş və bunun acı nəticələrini hələ də yaşayan Azərbaycanın ekoloji məsələlərə yanaşma tərzi və yaşıl dünya quruculuğu yolunda qətiyyətli addımları bu gün təkcə siyasətçilərin və ya ekoloqların deyil bütün ziyalı təbəqəsinin çıxışlarında ana başlıqlardan biri olmalıdır. Odur ki, bu il COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın bu sahədəki həssasiyyəti, dövlət başçımızın təbiəti qorumağa, ekoloji mədəniyyətin yüksəldilməsinə ayırdığı diqqət ali məktəb auditoriyalarında əsas tezislər kimi səslənməlidir. Azərbaycanın qlobal iqlim dəyişikliyinə görə qarşılaşdığı problemlər, bu problemə ən çox səbəb olan iri sənayeləşmiş ölkələrlə müqayisədə dövlətimizin hədəfləri akademik heyətin elmi tədqiqatlarına cəlb olunmalıdır. Çünki bu gün dayanıqlı inkişaf prinsiplərinə, əsasən, dövlətlərin və onların hökumətlərinin dünya birliyi qarışısındakı hesabatlarında iqlim dəyişikliyi və yaşıl transformasiya məsələləri strateji dövr üçün ən kritik bəndlərdən biri hesab olunur.
Azərbaycan Şərqlə Qərbin qovşağında parlayan ulduz, özünün yüksək qonaqpərvərlik və tolerantlıq ənənələri ilə həmişə seçilən turizm ölkəsidir. Xalqımıza məxsus qədim mədəniyyət nümunələrinin, unikal təbiət guşələrimizin təbliğ olunması və tanıdılması işində ixtisasından asılı olmayaraq, hər bir ziyalı ölkəsini ürəkdən sevən bir bələdçi kimi danışmağı bacarmalı, bunu bir neçə dildə edə bilməlidir. Sirr deyil ki, bu gün Azərbaycanın müasir inkişafını həzm edə bilməyənlər yeri gəldi-gəlmədi ölkəmizdəki iqtisadi-mədəni mühitə kölgə salmaq və xüsusən də tarixi-mədəni turizm ehtiyatlarımızı öz adlarına çıxmaq üçün hər cür vasitələrə əl atır, saxta təbliğatlar aparırlar. Odur ki, tarixən bu ədalətsizlikləri görmüş hər bir azərbaycanlı ziyalı, hər bir ali məktəb müəllimi bu məsələdə də öz potensialını ortaya qoymalı, əsl vətəndaş mövqeyi göstərməlidir.
Qarabağın düşmən işğalından azad olunması ölkəmizdə yeni bir dövrün başlanğıcı oldusa, Qarabağ Universitetinin açılması da Azərbaycanın təhsil sektorunda yeni bir dövrə start verdi. Artıq ölkəmizdə fəaliyyət göstərən hər bir ali təhsil müəssisəsi qarşısında ordusu və iqtisadiyyatı ilə daha güclü, sosial həyatı ilə daha monolit və mədəniyyəti ilə daha zəngin yeni bir Azərbaycanın gələcək qurucularını formalaşdırmaq vəzifəsi qoyuldu. Bu vəzifə isə Qarabağ Universitetində keçirilmiş ilk akademik dərsin yekunu olaraq tarixə keçdi.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kamran Əliyev: "Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib"
Bugün, 11:49 GÜNDƏM
-
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Bugün, 11:30 GÜNDƏM
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
Bugün, 11:24 İQTİSADİYYAT
-
Aparıcı Lamiyyə Ələkbərova yeni layihədə!
Bugün, 11:24 PRESS
-
Nazir Fərid Əhmədov Nadir Zeynalovun fəaliyyətinə xitam verdi
Bugün, 11:16 GÜNDƏM
-
"Kurtlar vadisi"nın ssenaristini kim təhdid edib? - İllərlə saxlanılan sirr gün üzünə çıxdı
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ (YENİLƏNİB)
Bugün, 10:57 GÜNDƏM
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
Bugün, 10:31 GÜNDƏM
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
Bugün, 10:30 GÜNDƏM
-
34 yaşlı şəxs öldürüldü - Ağstafada
Bugün, 10:17 KRİMİNAL
-
İmişli Şəkər Zavodunda yanğın olub
Bugün, 10:13 CƏMİYYƏT
-
"Əhmədzadəyə qarşı cinayət işi Ramiz Mehdiyevdən əvvəl açılsa da..." - "Messi də ona baş çəkməyə gəlmədi..."
Bugün, 10:01 SİYASƏT
-
Rəsul Quliyevın qızı: "Atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir" - "Allah bilən məsləhətdir, qismət olsa..."
Bugün, 09:42 SİYASƏT
-
UEFA Millətlər Liqası: 8 oyun oldu - Hansı komandalar qalib gəldi?
Bugün, 09:38 İDMAN
-
Nazir həbsxanaya girdi, HƏMAS rəsmisinə "səni öldürmək istəyirəm" dedi - "Burada sizə qarşı ağır şərtləri mən gətirmişəm"
Bugün, 09:38 DÜNYA
-
Müğənninin səhnə geyimi müzakirə yaratdı - FOTOLAR
Bugün, 09:27 ŞOU-BİZNES
-
"Bir şərtlə sədrliyə namizəd olaram ki..." - Kılıçdaroğlu 81 təşkilat sədrindən biət gözləyir
Bugün, 09:20 SİYASƏT
-
"Axı, niyə zülm verirsiniz sadə, zəhmətkeş insanlara?!" - Tanınmış jurnalist AYNA-nın tixac yaratmaq "planı"nı "topa tutdu"
Bugün, 09:13 CƏMİYYƏT
-
Ərbakanın müavini istefa verdi - Səbəbi belə izah etdi
Bugün, 09:09 SİYASƏT
-
“Nargin: Saralmış kədər” - Milli kimliyin yetkinləşməsi
Bugün, 09:00 MƏDƏNİYYƏT
-
Taylandın paytaxtında qorxu dolu anlar... - Minlərlə insan təxliyə edilib
Bugün, 08:32 DÜNYA
-
Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"
Bugün, 00:28 İDMAN
-
Kantenin fantastik maaşı "dodaq uçurtdu"
Bugün, 00:20 İDMAN
-
İran XİN başçısından Trampa "qiyamət" xəbərdarlığı: "Qiyamətə qədər müharibəyə hazırıq"
Bugün, 00:16 DÜNYA
-
"Fənərbağça" klubunun borcu açıqlandı - 27 milyard...
Bugün, 00:10 İDMAN
-
ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"
Bugün, 00:07 GÜNDƏM
-
Əziz Yıldırım: "Kassamızda 77 milyon avro var"
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - FOTOLAR
27.09.2026, 23:19 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
27.09.2026, 18:45 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
27.09.2026, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
27.09.2026, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
27.09.2026, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
27.09.2026, 12:43 SİYASƏT