İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgilərində yeni silahlarla tanış oldu - FOTOLAR
24-09-2024 [19:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.
Mia.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına sərgilər haqqında məlumat verdilər.
İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib.
Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.
“ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır.
Bildirildi ki, bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.
Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.
Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.
Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları nümayiş etdirilir.
Belarus Respublikasının pavilyonu ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi Belarus Hərbi Sənaye Kompleksinə daxil olan dövlət müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsulların idxalı və ixracı proseslərini tənzimləyən dövlət təşkilatıdır. Sərgidə şirkətin qumbaraatan kompleksləri və onun tətbiq variantları, tank əleyhinə raket kompleksləri, atıcı silahlar və zirehli texnika üçün optik cihazlar, modernləşdirilmiş Reaktiv Yaylım Atəş Sistemlərinin maketləri, radiostansiyalar, hava hücumundan müdafiə və elektron müharibə texnikasının maketləri nümayiş olunur.
Sərgidə Serbiyanın “Yugoimport-SDPR” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət silahların istehsalı, yaradılması, modernləşdirilməsi və ixracı istiqamətində aktiv fəaliyyət göstərən serb şirkətləri sırasında birinci yerdədir. Sərgidə şirkət tərəfindən müxtəlif çaplı silah və sursat, o cümlədən hərbi ləvazimatlar təqdim olunur.
Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Bu şirkətlərdən biri olan “Roketsan” 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, şirkət bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.
“Dearsan Shipyard” gəmiqayırma və gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri arasındadır. “Dearsan” dəstək gəmisi, korvet (gözətçi) tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət qayıqları, desant gəmiləri, hidroqrafiya və okeanoqrafiya elmi-tədqiqat gəmiləri, minaaxtaran gəmilər, özü idarəolunan qayıqlar, mülki nəqliyyat gəmiləri və həmçinin gəmiqayırma zavodunun tikintisi və ya modernləşdirilməsi, dəniz su sərhədlərinin mühafizə sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi platformaların tikintisi üzrə ixtisaslaşıb.
Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “Turkish Aerospace”dir. “Turkish Aerospace” sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, istehsalı, inteqrasiyası və istifadəsinə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Aerokosmik və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan “Turkish Aerospace” tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistika xidməti də göstərilir.
Dövlətimizin başçısı Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış oldu. Bildirildi ki, ölkəmizlə əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Bildirildi ki, Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti Pakistanın birinci dərəcəli dövlət mülkiyyətində olan müdafiə konsorsiumudur və ölkənin ən böyük müdafiə istehsalatı müəssisələrini, o cümlədən əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edir. Şirkət tərəfindən sərgidə döyüş PUA-ları, aviasiya raketləri, tank mühafizə sistemləri, maskalanma toru, tank əleyhinə sistemlər nümayiş olunur.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti sərgidə fəal iştirak edir. “Azərsilah”ın daha bir pavilyonu sərginin 3-cü zalında fəaliyyət göstərir. Burada ziyarətçilərə müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunur.
Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “REPKON”dur. Şirkət təzyiq ilə metal emalı sektoru üçün tam “açar təslim” istehsal qurğularının tədarükçüsü və qlobal bazar üçün metal emalı maşınlarının inkişaf etdiricisi və istehsalçısıdır. Patentli dizaynı və istehsal “know-how” ilə “REPKON”, 1978-ci ildən etibarən dünya üzrə istehsalçılara metal qəlibləmə avadanlığı təqdim edir.
“ADEX” sərgisində iştirak edən Türkiyənin “Meteksan” şirkəti yüksək texnologiyalı şirkətlərin müdafiə sənayesinə yönəlik layihə və fəaliyyətlərini bir araya gətirmək və koordinasiya etmək məqsədilə yaradılıb. Şirkətin əsas məqsədi müdafiə sənayesi sahəsində Türkiyə Silahlı Qüvvələrinə və digər təhlükəsizlik güclərinə yerli, milli, müstəqil və orijinal, yüksək texnologiyalı məhsul və altsistemlər inkişaf etdirmək və istehsal etməkdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Türkiyənin “Aselsan” şirkəti artıq beşinci dəfədir “ADEX” sərgisində iştirak edir. Şirkət 1975-ci ildən fəaliyyət göstərir və əsasən elektronika, aviasiya, silah, radar və optik, telekommunikasiya sistemləri, informasiya texnologiyaları və müdafiə sənayesi ilə əlaqədar digər texnoloji məhsullar istehsal edir.
Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkəti də öz məhsullarını təqdim edir. 2019-cu ildən yaradılan şirkətin əsas fəaliyyət istiqaməti qabaqcıl innovasiyaları, məhsulları və xidmətləri beynəlxalq bazarlara çıxartmağa yönəlib. Şirkətin əsasən 5 istiqamətdə - platforma və sistemlər, raket və müxtəlif növ silahlar, kosmik və kibertexnologiyalar, daxili təhlükəsizlik vasitələrinin ixracı istiqamətlərində ixtisaslaşıb.
İsrailin milli pavilyonlarında nümayiş edilən eksponatlarla tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi (“IAI”) milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir. “IAI” şirkəti sərgidə yerüstü sistemlər, çoxmissiyalı havadan kəşfiyyat və nəzarət sistemləri, radarlar, rabitə sistemləri, PUA-lar üçün komponentlər, çoxsahəli ballistik raketlər və rəqəmsal kommunikasiya peykləri nümayiş etdirir.
Sərgidə İsraili təmsil edən daha bir şirkət “RAFAEL Qabaqcıl Müdafiə Sistemləri” MMC-dir. Şirkət havada, quruda, dənizdə və kosmosda müdafiə, kibertəhlükəsizlik və təhlükəsizliklə bağlı qabaqcıl həllər təklif edir.
İsraili təmsil edən “Elbit Systems” dünya miqyasında müdafiə sahəsi ilə bağlı geniş spektrli proqramlarla məşğul olan beynəlxalq yüksək texnologiya şirkətidir. Şirkət sərgidə ordu idarəetmə mərkəzi, müxtəlif növ yüksək dəqiqlikli raketlərin istifadə olunduğu raket buraxılış qurğuları, avtonom 155 millimetrlik raket atış sistemi, dron və antidron sistemlərini təqdim edir.
Sərgidə İsrailin “Uvision” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət döyüşlərdə sınaqdan keçmiş “Dövr edən döyüş başlığı sistemləri”ni dizayn və istehsal edir, dünyanın müxtəlif ordularına dəqiq və effektiv hücum-əməliyyat imkanları təqdim edir. Şirkətin HERO sistemləri nadir aerodinamik platforma konfiqurasiyaları ilə yüksək dəqiqlikli zərbə qabiliyyətləri təqdim edir.
Rusiya Federasiyası da “ADEX-2024” sərgisində ən çox şirkətlə təmsil olunan ölkələrdən biridir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən çoxunu təşkil edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə 700-dən çox müəssisə və təşkilatı ilə əməkdaşlıq edir. Stenddə şirkətin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsullar təqdim olunur.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sərgidəki pavilyonunda da oldu. Məlumat verildi ki, bu ölkəni təmsil edən “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası” (“CPMIEC”) müdafiə sənayesi sahəsində ümummilli ticarət müəssisəsidir. “CPMIEC” sərgidə müdafiə xarakterli raket silah sistemlərinin, aerokosmik avadanlığın, peyk texnologiyalarının, xüsusi cihazların, dəqiq avadanlıqların, optik alətlərin, elektron məhsulların və xüsusi nəqliyyat vasitələrinin idxalı və ixracı ilə bağlı məlumat məhsulları nümayiş etdirir.
Slovakiya sərgidə ilk dəfə milli stendlərlə iştirak edir. Bu ölkənin 2014-cü ildən fəaliyyət göstərən “Deftech” şirkəti PUA sistemlərinin istehsalı və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkət tərəfindən sərgidə müxtəlif növ zirehli nəqliyyat vasitələri və mobil müdafiə sistemləri təqdim olunur.
Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “Baykar”dır. 1986-cı ildən fəaliyyət göstərən “Baykar” şirkəti ölkədə ilk yerli PUA sistemlərini istehsal edərək müdafiə və aviasiya sənayesində inqilab yaradıb. Şirkət sərgidə “Akıncı” adlı PUA, “Bayraktar TB2” və “Bayraktar KALKAN” məhsullarını təqdim edir.
Qətər Dövləti də sərgidə ilk dəfə milli stendlərlə iştirak edir. “Barzan Holdings” dövlətə məxsus müdafiə və təhlükəsizlik şirkətidir. Şirkət Qətərin Müdafiə Qüvvələrinin inkişafını və modernləşdirilməsini dəstəkləmək məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərir. “Barzan Holdings” sərgidə Qətərin müdafiə və təhlükəsizlik texnologiyalarını nümayiş etdirir.
Sərgidə Ukraynanı bu ölkənin Müdafiə Sənayesi Müəssisələrinin Milli Assosiasiyası (“NAUDI”) təmsil edir. 2020-ci ildə yaradılan “NAUDI”nin fəaliyyət sahəsinə zirehli nəqliyyat vasitələri, özüyeriyən haubitsalar, PUA-lar, radarlar, radioelektron mübarizə vasitələri, kamikadze dronları, müşahidə və kəşfiyyat sistemləri, artilleriya, sursat və s. daxildir. Assosiasiyanın tabeliyindəki müəssisələr Ukrayna Müdafiə Nazirliyini NATO standartlarına cavab verən müasir hərbi texnika və sursatlarla təmin edən əsas təchizatçılardır.
Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin stendində də oldu. Bildirildi ki, Müdafiə Nazirliyi sərgidə ilk dəfə öz stendi ilə təmsil olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri sərgilənir. Eyni zamanda, Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.
Sərgidə, həmçinin ziyarətçilərə Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.
Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxdı.
“Azərsilah” QSC tərəfindən sərginin açıq havada nəzərdə tutulmuş ərazisində zirehli maşınlar, kəşfiyyat və kamikadze dronları, o cümlədən PUA-lar nümayiş etdirilir.
Sumqayıt Texnologiyalar Parkı (STP) da sərgidə fəal iştirak edir. STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan STP 30-dan artıq istehsal sahəsi ilə öz sektorunun lideridir. Sərgidə şirkət tərəfindən silah və sursat, hava bombaları və hava raketləri, simulyatorlar və təlim sistemləri ilə yanaşı, yerüstü hərbi təlim avadanlıqları da nümayiş olunur.
İtaliya da sərgidə ilk dəfə iştirak edir. Bu ölkənin “Exclases Group” şirkəti aviasiya və kosmik sənaye üzrə marketinq, satış və texniki ekspertiza sahələrində ixtisaslaşmış müəssisədir. “Exclases Group” 2008-ci ildən etibarən “Leonardo Helicopters” şirkətinin etibarlı tərəfdaşı kimi hava gəmilərinin və avadanlıqların satışı və marketinqi ilə məşğul olur. Sərgidə şirkətə məxsus olan “Agusta Westland 109” helikopteri təqdim edilir.
Sərginin açıq havadakı ərazisində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də zirehli texnikalar nümayiş etdirilir.
Türkiyənin “Baykar” şirkəti açıq havada da öz məhsullarını təqdim edir. Ziyarətçilər şirkətin istehsalı olan “Bayraktar TB2” və “Bayraktar KALKAN” məhsulları ilə yaxından tanış ola bilərlər.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri iştirakçılar, ziyarətçilər və müxtəlif ölkələrdən gələn ekspertlər arasında təcrübə mübadiləsi aparmaq, həmçinin məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Builki sərgilərin əvvəlkilərdən fərqi daha çox ölkədən şirkət və nümayəndə heyətinin qatılmasıdır. İştirakçı ölkələrin sayının getdikcə artması isə bu sərgilərin bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqləyir.
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."
Milli Məclisin bəzi deputatlarına mənzil verilib - Evi olan da yeni mənzilə "yox" deməyib
"İnvest-Az İnvestisiya Şirkəti" məhkəməyə verildi
"Qalatasaray" TFF-yə müraciət etdi - Arda Turanın komandası ilə oyun təxirə salınacaq?
İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları təsdiqlənib
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır
71 yaşlı yəhudi tarixçi peyğəmbərin məzarında öldürülüb - Nazir "Tarixi saxtalaşdırmaq üçün hərbçilərlə birgə gəlmişdi" deyir
İsrail ordusu Beyrutun cənubuna ard-arda daha 4 hücum edib
İstanbulda fabrik yanıb
Piyadanı vuraraq öldürən direktor müavininə şərti cəza verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Orban barəsində həbs qərarı çıxan Netanyahunu Macarıstana dəvət etdi: "Məhkəmə odun üstünə benzin tökdü"
İcra başçılarının saxta tender oyunlarının qarşısı alındı
Kılıçdaroğlu məhkəmədə Akşeneri xəyanətdə ittiham elədi, Ərdoğanı isə... - "O, ölkəmiz üçün böyük təhdid və təhlükədir"
Türkiyədə bəzi təyyarə reysləri təxirə salınıb - Səbəb
"Müdir adıma saxta ərizə yazıb" - Bakı şəhər Mədəniyyət Baş İdarəsi məhkəməyə verilib
Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında ölüb
"Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Əməkdar artist Füzuli Hüseynov: "Yəqin onda da bir mafiya var idi"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
COP29 Sədrliyi bəyanat yayıb
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident nazirə yüksək rütbə verdi - Sərəncam
Millətlər Liqası: Türkiyənin rəqibi bəlli oldu
Əsgərləri zorlayan polkovnikə ağır cəza verildi - Türkiyədə (FOTO)
Ərdoğan iddia qaldırdı - Kamal Kılıçdaroğlunu 11 il 8 ay həbs və siyasi qadağa gözləyir
Xalq artisti Rasim Balayev: "Ruhum cavandı, amma cismim qocalıb"