Çin "Ağıllı Əjdaha" raketi ilə dənizdən 8 peyk buraxıb

img

24-09-2024 [16:11]


Çin kommersiya peyk daşınması üçün nəzərdə tutduğu "Cielong-3" ("Ağıllı Əjdaha") raketi ilə dənizdən kosmosa 8 peyk göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Çini rəsmçi "Sinxua" Agentliyi məlumat yayıb.

Məlumata əsasən, peyklər Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında yerləşən dəniz platformasından buraxılıb.

Xəbərdə deyilir ki, "China Rocket Company" tərəfindən hazırlanmış "Cielong-3" yerdən Günəşin Sinxron Orbitinə 500 kilometr yüksəklikdə 1,5 tona qədər yük daşıya bilir: "Uzunluğu 31 metr, diametri 2,65 metr olan 140 kiloqramlıq bərk yanacaqla işləyən raket dörd pilləli atəş mexanizminə malikdir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR