Zelenski BMT-də: "Putini təkbaşına dayandırmaq mümkün olmayacaq"

img

25-09-2024 [11:46]


Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən sessiyada çıxış edərək, Ruisya ilə savaş haqda ətraflı danışıb.

Daha sonra beynəlxalq ictimaiyyətdən dəstək istəyən Zelenski bildirib ki, Putini dayandsırmaq üçün mütləq dünya birgə hərəkət etməlidir: "Putin indiyə kimi,  o qədər beynəlxalq norma və qaydaları pozub ki, onu təkbaşına dayandırmaq mümkün olmayacaq. Rusiyanı sülhə yalnız beynəlxalq birliyin birgə qətiyyətli addım və dəstəyi ilə sülhə məcbur etmək olar. Sülhün yeganə yolu buradan keçir."

Rusiyanın təcavüzkar dövlət olduğunu qeyd edən Zelenski əlavə edib ki, rəsmi Moskva BMT Nizamnaməsini kobud şəkildə pozaraq hücumunu genişləndirib: "Bu qış Rusiya yenə Ukraynanın enerji sistemlərini məhv etməyə və atom elektrik stansiyalarını hədəfə almağa hazırlaşır. Bizim əlimizdə buna dair sübutlar var. BMT Rusiyanı dayandırmaq üçün qətiyyətli davranmalıdır...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR