AZƏRBAYCAN YENİ QIRICI ALIB: çoxməqsədli JF-17C təyyarələri Prezident İlham Əliyevə təqdim olundu - (FOTOLAR)
25-09-2024 [13:15]
Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Mia.az xəbər verir ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər.
Bildirilib ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.
Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.
Ceyhun Bayramovla Mirzoyan ABŞ-da bir araya gəlir - Blinkenin vasitəçiliyi ilə (Yenilənib)
İCRA BAŞÇISININ QARDAŞINI TOK VURUB - Kolbasa sexində
150 adda dərmanın qiyməti qalxdı, istilik xidmətləri isə... - Traif Şurası yenə bahalaşma qərar verdi
Bakıda sürücülər arasında yol üstə dava: kişi sürücü qadınları döyüb
AZƏRBAYCAN YENİ QIRICI ALIB: çoxməqsədli JF-17C təyyarələri Prezident İlham Əliyevə təqdim olundu - (FOTOLAR)
ƏRDOĞANIN MÜŞAVİRİ HƏYƏCAN TƏBİLİ ÇALDI: "Qərb birləşib Türkiyəyə hücum edəcək, bu dəfə..."
AMİP-in keçmiş sədr əvəzi vəfat edib
XİN başçısı: "Livanda yarım milyon insan qaçqın düşüb"
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov keçmiş nazir müavinini yüksək vəzifəyə təyin edib - FOTO
Azərbaycan-Türkiyə Mərkəzində əməliyyat: yardım satan dəstə tutulub - Biri müəllimdir (FOTOLAR
Zelenski BMT-də: "Putini təkbaşına dayandırmaq mümkün olmayacaq"
Minimum əmək haqqındakı gözlənilən artım: kimləriə şamil olunacaq?
"Kontakt Home"un reklamı: fırıldaq, yoxsa qanunsuzluq? - "Bu, gizlədilmə cəhdi kimi görünür"
Günəş tutulması olacaq - Bu tarixdə
İspaniya ilə Meksika arasında gərginlik böyüyür - XİN bəyanat yaydı
İran prezidenti: "Hizbullah" Qərbin dəstəklədiyi İsrailə qarşı təkbaşına dayana bilməz"
"Bu, təbii haldır, insanlar gözünü yumub, aça da bilər" - Fazil Mustafadan deputatların mürgüləməsinə reaksiya
Xidmət rəisi Köçərli Həsənov vəfat edib - İstanbulda
DİN “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başlayıb
“Xəyalət köpəkbalığı”nın yeni növü aşkarlanıb: "Onların insana hücum edib-etməyəcəyi haqda heç nə bilmirik" - FOTO
İsrail Rusiya hərbi bazasının olduğu şəhərin "altını üstünə" çevirdi - Tartus gecəylə alova bürünüb (FOTOLAR)
Azərbaycan nefti bahalaşıb
Volkan Dəmirəl yenidən məşqçiliyə dönür
İsrail Qəzzada yeni əməliyyat keçirib - 13 nəfər ölüb, yaralılar var
Okan Buruk: "PAOK-a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Azərsun Holdinq"in daha bir şirkəti məhkəməyə cəlb olunub - İTTİHAM
Ceyhun Bayramov daha bir XİN başçısı ilə görüşüb
Livanda BMT-nin iki əməkdaşı həlak olub
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri oktyabrda Cenevrədə görüşəcəklər
Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik
Vüqar Mustafeyev Türkiyənin milli müdafiə naziri ilə görüşüb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgilərində yeni silahlarla tanış oldu - FOTOLAR
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib
“Azercell” və GSMA əməkdaşlığı gücləndirir
İsrail ordusu "Hizbullah"ın "raket birliyi"nin komandirini öldürüb
Prezident ixrac və idxalla bağlı fərman imzalayıb
UEFA Avropa Liqası: "Qalatasaray"ın heyəti müəyyənləşib - TRT1 oyunu canlı yayımlayacaq
Avroliqa: "Ayaks" - "Beşiktaş" matçının hakimi bəlli olub
Türkiyədə daha bir baş məşqçi istefaya göndərildi