Cənubi Koreya hərbi obyektlərdəki müşahidə kameralarını yığışdırıb - Səbəb

img

13-09-2024 [17:24]


Cənubi Koreya hərbi obyektlərdəki müşahidə kameralarını yığışdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb istifadə edilən kameraların Çin istehsallı olmasıdır.

Ordudan bildirilib ki, Cənubi Koreya hərbçiləri müxtəlif hərbi obyektlərdə, o cümlədən Şimali Koreya sərhədi yaxınlığındakı bazalarda quraşdırılmış 1300-dən çox müşahidə kamerası məhz bu səbədən sökülüb: "Araşdırmalarla məlum olub ki, kameralar Çin serverinə qoşulmaq və qeydə alınmış görüntüləri xaricdən ötürmək üçün nəzərdə tutulub".

Ordudan əlav olunub ki, aparılan təhqiqatla kənara heç bir məlumat sızmadığı da dəqiqləşdirilib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR