Vincent Aboubakar rəsmi olaraq "Hatayspor"a keçid etdi

img

09-09-2024 [22:12]


"Hatayspor" "Beşiktaş"ın kamerunlu ulduz hücumçusu Vincent Aboubakarı 1 illik icarəyə götürüb.

Mia.az xəbər verir ki, karyerasında "Valenciennes", "Lorient", "Porto", "Al Nasr" və "Beşiktaş"da forma geyinən Aboubakar "Beşiktaş" forması ilə ümumilikdə 117 rəsmi matça çıxıb və 60 qol vurub, 14 məhsuldar ötürmə edib.

Kamerunlu hücumçu mövsümün əvvəlində komandası ilə yollarını ayırmağa razılaşıb. Aboubakarı 1 illik icarə əsasında heyətinə qatan "Hatayspor" klubunun açıqlamasında "Təcrübəli hücumçu Vincent Aboubakarla 1 illik müqavilə imzaladıq" deyilir.

MİA.AZ

Fərid


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA