Universitetlər və kolleclərdə boş qalan yerlərə qəbul - Nəticələr elan olundu
03-09-2024 [17:50]
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Mia.az xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20 827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 186 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Qəbul |
Qəbul olunub |
Qəbulolma faizi |
Vakant yerlərin sayı (faizi) |
|||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr |
||||
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar |
11651 |
11111 |
523 |
11634 |
99.85 |
17 (0.15) |
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar |
736 |
540 |
12 |
552 |
75.00 |
184 (25.00) |
Cəmi |
12387 |
11651 |
535 |
12186 |
98.38 |
201 (1.62) |
Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
Azərbaycan Qran-prisinin qalibi bəlli olub
DAHA İKİ DAİRƏDƏ POZUNTULAR TƏSDİQLƏNDİ: 6 məntəqə üzrə səslər etibarsız sayıldı (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət edib
İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktoru və supermodeli qəbul edib
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
Noyabrda Azərbaycanda 4 gün ardıcıl rəsmi iş günü olmayacaq
Bolqarıstandan Türkiyəyə qaçaq aparılan 125 kq qızıl müsadirə edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oğurlanan şamdanlar, “dirilən” adamlar...
Əsgər Nurbala Bağırov güllələnib - Hərbi Prokurorluq açıqlama yaydı
Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilidi
MSK Qələndər Muxtarlının şikayətini araşdırdı: "87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınıb"
Elzanın “Tüpürüm sizin ağzınıza” şeirinə yazıçı Anardan reaksiya: "Bağda dincəlirəm, televiziya və sosial şəbəkələri izləmirəm"
Fatma Səttarova 102 yaşında vəfat edib (Yenilənib)
Sabahın hava proqnozu açıqlanıb
"Vəfat xəbəri bizi son dərəcə kədərləndirdi" - İlham Əliyev Fatma Səttarovanın ailəsinə başsağlığı verib
”Aztelekom", "Baktelekom" və... - İnternet bahalaşdı, abonentlər imtina kampaniyasına başlayıb, Dövlət Xidməti isə...
Nəsimi rayonunda “Gələcəyimiz Azərbaycan gəncliyidir” adlı tədbir keçirilib - FOTOLAR
Qlobal iqlim dəyişikliyi: səbəbləri və nəticələri
Bakının daha bir rayonunda tikinti özbaşınalığı - VİDEO, FOTOLAR
Azərbaycan nefti ucuzlaşdı
Naxçıvan Dövlət Universiteti: modern ali təhsilin gələcəklə səslənən modeli - Cavadxan Qasımov yazır
Gəncədə ər 18 yaşlı arvadını bıçaqlayıb
General və sabiq idarə rəisləri yenidən hakim qarşısında - "Nəcməddin Sadıqovun 800 min manat pulu..."
Əməkdar artist Rafiq İbrahimov vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş" Daniel Amartey ilə müqaviləni ləğv edib
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib
Finlandiya və İsveç Rusiyaya zərbə endirmək üçün onların silahlarından istifadə olunmasına icazə verib
Mauro İcardi "Flamenqo" komandasına transfer olunacaq?
XİN başçısı: "Rəsmi Kiyev tərəfdaşlarını Ukraynaya öz yerli istehsalları olan silahları almağa dəvət edib"
Fransanın xarici işlər naziri Ermənistana səfər edəcək
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndənin Azərbaycana səfəri başlayıb
64 məktəb direktoru təqaüdə göndərilib
Gömrükdə qalmaqal - General niyə məhkəməyə şikayət edib?
Vəfa Nağı MSK-nın iclasında: 86 videogörüntü, protokollar və sənədlər təqdim edildi, 6 məntəqədə nəticələr etibarsız sayıldı
Məşhur məşqçi 18 gün sonra dəfn olunub - FOTOLAR
Bakıda səkilər satılıb - İcra Hakimiyyəti günahı əvvəlki icra başçılarının üstünə yıxdı (FOTO, YENİLƏNİB)
Sabiq icra başçısının oğlunun şikayəti... - MSK baxdı və 3 məntəqə üzrə nəticəni ləğv elədi