Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi... - TƏHLİL
14-09-2024 [18:45]
Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.
Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və anası qul kimi bazarda satıldı. Ana az sonra əsirlikdə öldü, o oğlan isə sahibinin yanından qaça bildi. Bir müddət quldurluq etdi. 1708-ci ildə o, Xorasana qayıtdı.
O, 28 il sonra-1736-cl ildə III Şah Abbasın (Səfəvi xanədanı) yerinə taxta çıxdı. 1747-ci ilə qədər şahənşah oldu. Qohumu olan cangüdənlər tərəfindən öldürüldü. Qətli Əfşar və Qacar tayfasından olan zabitlər törətdi. O, Əfşarlar dövlətinin I şahı və Asiyanın sonuncu böyük fatehi Nadir şah Əfşar idi.
"Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" ləqəbləri də onun adına yazıldı. Qərb mənbələri yazır ki, Napoleon Bonapart Nadir şahın hərbi dühasına heyran idi. O, Nadiri tərifləyir və özünü "İkinci Nadir" kimi qələmə verirdi. Təsadüfi deyil ki, Napoleon Bonapart özünü Avropanın Nadir şahı adlandırırdı. İosif Stalin Nadir şahı və İvan Qroznını özünün müəllimi hesab edirdi.
Nadir şahın London Viktoriya və Albert Muzeyində saxlanılan Məhəmməd Rza Hendi tərəfindən 1740-cı ildə çəkilmiş portretində önəmli bir məqam var. Həmin portretdə şahın başındakı papaq “kolah-e Naderi” kimi tanınır. Bu, hökmdar papağıdır. Özəlliyi ondadır ki, papağın 4 zirvəni andıran və aşkar görünən çıxıntısı aydın görünür. Bu zirvəli çıxıntılar ilk dörd Rəşidi xəlifələrə şahın sayqısını rəmz olaraq ortaya qoyur. Bəzi mənbələr iddia edir ki, Nadir şah həyatının əvvəlində şiə, sonunda isə sünni olub. Qərb tarixçiləri yazır ki, Nadir şah qaldırdığı bayraqda şüurlu şəkildə yaşıl rəngdən istifadə etməkdən qaçırdı, çünki yaşıl şiə İslamı və Səfəvilər sülaləsi ilə assosiasiya yaradırdı...
Təəssüf ki, osmanlı dövləti Nadir şahın dini islahatına lazımı dəyər vermədi. Onun bu təklifi o vaxt həyata keçsəydi hal-hazırda da islam dünyasında aşkar şəkildə müşahidə olunan sünni-şiə ayrımçılığı birdəfəlik aradan qalxa bilərdi. Bəlkə də bu ideyaya yenidən qayıtmaqda fayda var...
Bir önəmli məqamı da vurğulayım. Nadir şah türk kimliyinə son dərəcə bağlı idi. İndiki təbirlə desək, o, demək olar ki, ancaq azəri tükcəsində danışırdı və bütün hökmləri də məhz bu dildə verirdi.
Nadir şahın görmək istədiyi ən böyük işlərdən biri islamda islahatlarla bağlı idi. Sirr deyil ki, hazırkı İran coğrafiyası bir vaxtlar sünni bölgə kimi tanınırdı. Məhz Şah İsmayılın qətiyyəti ilə həmin ərazidə şiəlik geniş yayıldı. Ərazidəki bir çox sünnilər şiə olmağa məcbur edildi.
Nadir şah hesab edirdi ki, sünni olan Osmanlı İmperiyası ilə Əfşar dövləti arasındakı qarşıdurmanın əsas səbəblərindən biri də bu amilə söykənir.
Nadirin ordusu sünni və şiə müsəlmanların qarışığından yaranmışdı. Onun məqsədi İran coğrafiyasında sünnilər tərəfindən daha məqbul sayıla biləcək bir dini düşüncə formalaşdırmaq idi.
Nadir şiəliyin Cəfəri qoluna üstünlük verirdi. O, sünnilər tərəfindən təhqir kimi qarşılanan bəzi şiə yozumlarını qadağan etdi. Xüsusən Rəşidi xilafətinin 3 xəlifəsi Əbu Bəkr, Ömər ibn Xəttab və Osman ibn Əffanın söyülməsini yasaqladı.
Nadir şah ümid edirdi ki, cəfərilik sünni İslamın beşinci məzhəbi kimi qəbul ediləcək. O, həmçinin ümid edirdi ki, Məkkə və Mədinəyə də hökm edən Osmanlı soltanları onun təbəələrinə də həcc ziyarətinə getməyə icazə verəcək.
Bu məqsədə varmaq üçün Nadir şah İraq, İran, Əfqanıstan və Orta Asiyadan olan üləmaları imam Əlinin Nəcəf şəhərində olan türbəsində bir araya yığdı. Cəfəri məzhəbi məsələsi ilə bağlı bir neçə gün davam edən qızğın müzakirələrdən sonra iştirakçılar Cəfəri məzhəbini sünni İslamın qanuni hüquqi məktəbi kimi tanıyan sənədi imzaladılar. Osmanlı sultanı isə bu nəticədən məmnun qalmadı. Belə ki, osmanlılar cəfəriliyi beşinci məzhəb kimi (Hənəfilər, Malikilər, Şafiilər, Hənbəlilər) qəbul etmədilər. Buna baxmayaraq Osmanlı sultanları şiə zəvvarlarına həccə getməsinə icazə verdilər.
Onu da deyim ki, Misirdə yerləşən İslam dünyasının ən qədim və nüfuzlu Universitetlərindən biri olan Əl-Əzhər 1959-cü ildə Cəfəriliyi sünni islamın beşinci məzhəbi kimi (Hənəfilər, Malikilər, Şafiilər,Hənbəlilər) tanıyıb. Ancaq bu tanıma ciddi qarşılanmadı...
Yeri gəlmişkən, bu universitetin əsası (970-972) şiə Fatimələr tərəfindən qoyulub. Ola bilər ki, bu qərarın verilməsində bu amil də müəyyən rol oynayıb. Şühbəsiz ki, bu, pozitiv qərardır. Təəssüf doğuran odur ki, bu qərar İslam dünyası tərəfindən hələ də rəsmən tanınmır. Ümid edirəm ki, nə vaxtsa Nadir şahın arzusu həyata keçəcək və müsəlman dünyasını parçalayan sünni-şiə ayrımçılığı aradan qalxacaq...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib