Əməkdar artist Rafiq İbrahimov vəfat edib
14-09-2024 [09:08]
Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.
Mia.az xəbər verir ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub.
Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlıdır.
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.
Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsəti"sində şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə iblis, A.Babayevin "Oğul"unda cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Domokl qılıncı"nda arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da aktyor kimi müxtəlif səpkili obrazlar yaradıb.
“Ağ atlı oğlan”da polis işçisi (1995-ci il, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008-ci il, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi (2009-cu il, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014-cü il, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bakı Bələdiyyə Teatrının rəhbərliyi və kollektivi adından Rafiq İbrahimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi