Naxçıvan Dövlət Universiteti: modern ali təhsilin gələcəklə səslənən modeli - Cavadxan Qasımov yazır
CƏMİYYƏT
14.09.2024, 10:30
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
İqtisadi inkişafın, artımın və hədəflərin olduqca mühüm göstəricilərindən birini də intellektual mülkiyyət və bu sahədəki münasibətlərin səmərəliliyi təşkil etməkdədir. Cəmiyyət üzvlərinin artan təlabatlarının qarşılanmasında, rifah göstəricilərinin yüksələn dinamikada təşəkkülündə, maddi istehsalla yanaşı, eyni zamanda, qeyri-maddi istehsal sahələrinin perspektivliliyinin daha da etibarlı təşəkkülündə məhz intellektual mülkiyyətin qorunması, ondan faydalı istifadənin yollarının müəyyən olunmasında və təbii olaraq, bu amildən sosial dayanıqlılıq və milli iqtisadiyyat üzrə məqsədyönlü istifadə imkanlarının yaradılması məsələlərinin olduqca zəruri əhəmiyyətini qeyd etmək yerinə düşər. Müasir dövrün tələbləri, çağırışları və reallıqları durmadan dəyişir, yenilənir və özündə daha mütərəqqi elmi əsaslara söykənmiş olan yanaşma istəyir. Bu mənada da, ardıcıl islahatlar öz məntiqi davamını təhsil sahəsində də qərarlaşdırmaqla, yeni dəyərlər müstəvisində özünü ifadə etmiş olur ki, bu sırada da, Naxçıvan Dövlət Universitetinin yeri, önəmi və rolu olduqca artmaqdadır.
Təcrübə göstərir ki, hazırkı inkişaf mərhələsində elmə söykənməyən, ona istinad etməyən, daha doğrusu, elmlə sintez təşkil etməyən təhsil heç bir nəticə verməz, heç bir məqsədyönlülük gətirməz və etibarlı dayaqları olan istiqamət almaz. Buna görə də, inkişaf etmiş ali məktəblərin təcrübələrindən yararlanmaq, bununla da, dünya təhsil ailəsinin bir üzvünə çevrilmək, bir model yaratmaq, bu potensialla yenidən beynəlxalq təhsil mühitinə inteqrasiya proseslərinə qoşulmaq olduqca mühüm tədbirlərin zəruri tərəflərini özündə əks etdirməkdədir. Naxçıvan Dövlət Universiteti, xüsusilə də, son beş ilə yaxın bir müddət ərzində istər tədris prosesləri ilə, istər elmi potensialın daha da möhkəmləndirilməsi ilə, istərsə də, hər iki istiqamət üzrə güclü təsisatların yaradılması ilə məhz həmin reallıqlar çərçivəsində özünü təsdiq etmişdir. Təbii olaraq, bu sahədə, elmi dövriyyəyə cəlb olunan mövzuların, ən aktual problemlərin və yanaşmaların məkan və ərazi fərqi olmadan dünya elminə vermiş olduğu töhfələrin olduqca mühüm əhəmiyyətini qeyd etmək olar.
Bu sahədə təkcə onu qeyd etmək yerinə düşər ki, Times Higher Education (THE) tərəfindən bəyan olunan 2024-cü il Impact Rankings göstəricilərinə görə, Naxçıvan Dövlət Universiteti SDG 2 - göstəricisində dünya üzrə 402-600-cü sırada yeri qazanıb və Azərbaycan universitetləri içərisində birinci olub. Buradan da aydın olur ki, Naxçıvan Dövlət Universiteti, dünya elminin, iqtisadiyyatının və nəzəri yanaşma keyfiyyətlərinin çoxistiqamətliliyinin təşəkkülündə spesifik xüsusiyyətlərinə görə fərqlənməkdədir.
Fikrimizi daha da əsaslandırmaq üçün qeyd etmək olar ki, Times Higher Education tərəfindən açıqlanan 2024-cü il Impact Rankings məlumatlarına görə, Naxçıvan Dövlət Universiteti yalnız SDG 2 göstəricisi üzrə deyil, eyni zamanda digər davamlı inkişaf məqsədləri üzrə də yüksək nəticələr əldə edib. NDU, SDG 3 – “Sağlamlıq və Yaxşılıq” üzrə dünyada 801-1000, SDG 4 – “Keyfiyyətli Təhsil” və SDG 7 – “Əlçatan və Təmiz Enerji” üzrə 601-800, SDG 10 – “Bərabərsizliklərin Azaldılması” və SDG 15 – “Torpaq Ekosistemlərinin Qorunması” üzrə isə 601+ sıralamasında yer alıb.
Aydın olduğu kimi, Naxçıvan Dövlət Universiteti, bütövlükdə, beynəlxalq tədris proseslərinə inteqrasiya olunarkən:
- elmin və tədrisin sağlam inteqrasiya olunması ilə;
- tibb sahəsindəki elmi araşdırmaların ardıcıllığı ilə;
- iqtisadiyyatın sahə strukturunun təşəkkülü ilə;
- sosial proseslərin əlaqəliliyi və dinamikliyi ilə;
- ekoloji təhlükəsizlik sahəsindəki faydalı araşdırmaları ilə daha mütərəqqi nəticələr ortaya qoymaqdadır.
Etibarlı qənaətə o zaman gəlmək olur ki, baş verən hadisələri, davam edən prosesləri, tənzimlənən siyasi və ictimai məsələləri yaxından izləmək, təhlil etmək, əsaslandırmaq mümkün olsun, onun gedişi və nəticələri barəsində dəqiq, dürüst və özünü təsdiq etmiş olan yanaşma ortaya qoymaq mümkün olsun. Bununla belə, əldə olunan hər bir nəticə, milli iqtisadiyyat, ixtisaslaşma, uzunmüddətli hədəflər və prioritetlər üçün olduqca əhəmiyyətli olsun. Milli prioritetlər içərisində mühüm tərəflərinə görə seçilmiş olan yanaşmalar, etibarlı elmi araşdırma mühitinin yaradılmasına təkan verməkdə, bu sahədə, kadr hazırlığının həyata keçirilməsi məsələlərini daha da sürətləndirməkdədir. Məhz Naxçıvan Dövlət Universitetinin Rektorunun sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak etməsi də səmərəli elmi-araşdırma mühitinin yaradılması sahəsindəki məhsuldar ideya və təşəbbüslərin gerçəkliyə qovuşması sahəsində əhəmiyyətli addım olmuşdur. Qeyd etmək olar ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin qatıldığı tədbirdə 200-ə yaxın elm xadimi iştirak etməklə, məhz bu mühitin güclü dayaqlarının yaradılması diqqət mərkəzində olmuşdur. Artıq dünya elminə öz töhvələrini verən ali məktəbimizin rektoru, Elbrus İsayevin də qeyd etdiyi kimi, “Bu gün universitetlərin qarşısında çox mühüm vəzifələr var. Biz elmi-tədqiqat mühitini qısa vaxtda formalaşdırmalıyıq”.
Buradan da aydın olur ki, elmlə təhsilin vəhdəti özünü və malik olduğu resursları daha çox tələbələrin əlçatanlıq səviyyəsinin yüksəldilməsi, daha çox:
- daha konkret hədəflər qarşısında araşdırmaçı və tədqiqatçı;
- dəqiqləşdirici, daha açıq və ifadəedici xüsusiyyətlərinə görə təhlilçi,
- tarixi və xroniki əsaslandırmasına görə nəzəriyyəçi;
- real gerçəkliklə düzgün əlaqələndirilməsinə görə təcrübəçi;
- daha müasir, çağdaş və alternativlik keyfiyyətlərinə görə innovativ;
- elmlə təcrübənin məqsədyönlü vəhdətinə görə yenilikçi;
- müəyyən olunan hədəflərdən tarazlı istifadəyə görə idarəedici dəyərlərə malik olması ilə tamamlanmış olan kimliklə müşayiət olunan mütəxəssislərin hazırlanmasına təminat verməkdədir.
Naxçıvan Dövlət Universiteti son beş ilə yaxın bir müddət ərzində reallaşdırmış olduğu mühüm göstəricilərdən biri də beynəlxalq əməkdaşlıqların yüksək dinamikada təşəkkülü ilə bağlı olmaqdadır. Geridə qalan illər ərzində dünyanın inkişaf etmiş və nüfuzlu ali məktəbləri ilə qarşılıqlı səmərəli əməkdaşlıqlarda olması, universitetimizin bu sahədəki nailiyyətlərinin əhatəsinin də genişlənməsinə zəmin olmuşdur. Bu sahədə, universitetimizin Qırğızıstan Respublikasının Bişkek Beynəlxalq Tibb İnstitutu ilə əməkdaşlığa başlaması mühüm əhəmiyyətinə görə seçilməkdədir. 6 sentyabr 2024-cü il tarixdə Türkiyənin İstanbul şəhərindəki Yeditəpə Universitetində başlayan “Türk Dövlətlərinin I Tibb Konqresi (II Tibbi Forum)” çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qırğızıstanın Bişkek Beynəlxalq Tibb İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Əldə olunan əməkdaşlıqlar üzrə imzalanmış olan anlaşmada tibb sahəsi üzrə:
- akademik heyət və tələbə mobilliyi;
- təcrübə mübadiləsi;
- birgə layihələrin həyata keçirilməsi;
- ortaq konqreslərin təşkili və.s kimi istiqamətlər öz yerini almışdır.
Xüsusilə, Naxçıvan Dövlət Universitetinin ərazisində inşasına davam olunan Texnologiyalar Parkının (Texnopark) qarşıdakı dövrlər ərzində elmi və təcrübi əhəmiyyəti olduqca yüksək olacaq. Texnopark, malik olduğu infrastruktur təsisatlarına, idarəetmə bölmələrinə, təsərrüfatçılıq xüsusiyyətlərinə, iqtisadi-sosial mahiyyətinə, elmi və təcrübi dəyərlərinə görə olduqca əhəmiyyətlidir. Texnopark, bütün bunlarla, ölkənin milli iqtisadiyyatı üçün aktual olan sənayeləşmə perspektivlərinin, əlverişli biznes mühitinin, dayanıqlı sosial siyasətin, eyni zamanda, əmək resurslarından səmərəli istifadə olunmasının optimal yollarının müəyyən olunmasına təminat vermiş olacaqdır. Eyni zamanda, elmlə sənayenin, sənaye ilə infrastrukturun, infrastrukturun isə bütövlükdə iqtisadiyyatla tamamlanmasının bütöv, tam və dolğun ifadəsi məhz Texnoparkla mümkün olacaqdır. İqtisadiyyat isə bütün tərəflərinə görə insan amili üzərində qurulub, onun fəaliyyətini, maraq və mənafeyini, artmaqda olan təlabatların miqyasını, həmçinin onun qarşılanma mexanizmlərini özündə əks etdirməkdədir. Deməli, Texnopark, həm də insan amilinin müdafiə olunmasında, onun mütəxəsis və ixtisaslı kadr olaraq, formalaşmasında, müasir iqtisadi tələblərin və çağırışların səsləşməsini təmin edən ideyaların və təşəbbüslərin mərkəzini təşkil etmiş olacaq. Nəzərə alsaq ki, dar mənada, Texnopark quruculuğu proseslərində və geniş mənada, bütövlükdə, iqtisadiyyatın formalaşmasında da insan özü iştirak etmiş olur, onda belə qənaətə gəlmək olar ki, həm Texnopark, həm də iqtisadiyyat insanın özünün özünü qoruması, formalaşdırması və peşəkarlığının təmin olunmasıdır.
Beləliklə, Naxçıvan Dövlət Universitetinin uzunmüddətli hədəflərinə yuxarıda qeyd olunan mühüm meyarlarla, tələbəyönümlü təhsil sahəsində davamlı islahatları uğurla davam etdirən ali təhsil müəssisəsidir. Yaxın, orta və uzunmüddətli hədəflərini qətiyyətlə reallaşdırmağı qarşısına məqsəd qoyan universitetimiz bütövlükdə, ölkənin milli təhsilinin inkişafında həlledici mərhələni təşkil etməkdədir. Məhz bununla da, yeni perspektivlər və uğurlar əldə olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
Bugün, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
Bugün, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
Bugün, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
Bugün, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
Bugün, 17:40 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
Bugün, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
Bugün, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
Bugün, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
Bugün, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
Bugün, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
Bugün, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
Bugün, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
Bugün, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
25.09.2026, 21:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: qudalar, ər-arvadlar və... - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
25.09.2026, 19:56 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
25.09.2026, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
25.09.2026, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
25.09.2026, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
25.09.2026, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
25.09.2026, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
25.09.2026, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
25.09.2026, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
25.09.2026, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
25.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
25.09.2026, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
25.09.2026, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
25.09.2026, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
25.09.2026, 16:04 DÜNYA