Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-09-2024 [00:04]
Qoç - günün ilk yarısında yaranan müəyyən anlaşılmazlıqlara rəğmən uğurlu gündür. Nailiyyətlər əldə edəcəksiniz. Enerjili, çevik olun. Həyata keçirilməyə layiq bir neçə ideya var. Dostlar da maraqlı təkliflərlə çıxış edəcəklər.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Yeni tanışlıqlar istisna deyil. Münasibətlərdə həssas və sayıq olun. Yaşam təcrübəniz karınıza gələcək. Emosiyaların əsiri olmayın.
Buğa - yetərincə sakit gündür. Son həftələrdə reallaşdırmağa çalışdığınız planları həyata keçirə bilərsiniz. Dostlar və yaxınlarınıza yardım üçün müraciət edə bilərsiniz. Çətinliklə qarşılaşdığınızı görən kimi onlar sizə dəstək olacaq, kömək edəcəklər. Xoş xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında işgüzar tərəfdaşlıq məsələlərini qeyri-formal şəraitdə müzakirə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Fiziki və emosional istirahətə ehtiyacınız var.
Əkizlər - mürəkkəb gündür. Əhəmiyyətli olay baş verməyəcək. Yeni təəssüratlara və pozitiv emosiyalara ehtiyacınız var. Qıcıqlanmayın, yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Düşünülməmiş addımlar atmayın. Qəti qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün, daşının.
Günün ikinci yarısında təxirəslaınmaz tədbirlərə başlayın. Səbrli və ehtiyatlı olun.
Yaxınlarınızla münasibətlər mina sahəsini xatırladır. Partlayış hər an baş verə bilər və siz də səbəbi bilməyəcəksiniz. Dəyər verdiyiniz insanlar üçün ağrılı ola biləcək mövzuların müzakirəsindən yayının.
Xərçəng - günün ilk yarısı pis keçməyəcək. Qeyri-adi, gözlənilməz və ya xoşagəlməz heç bir hadisə baş verməyəcək. Yaxınlarınızın yardımlarınıza və emosional dəstəyinizə ehtiyacı var. Onlarla danışıqlardan, təmaslardan boyun qaçırmayın. Sizin üçün xoş olmayan mövzu müzakirə olunsa da, söhbətdən yayınmayın.
Günün ikinci yarısında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Alış-veriş uğurlu alınacaq.
Axşam saatlarında səhhətinizə və xarici görünüşünüzə fikir verin. Sağlamlıq və profilaktiki prosedurlara zərurət duyulur.
Normal istirahət edin.
Şir - əlverişli və münasib gündür. Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.
Günün ikinci yarısında aktiv olun, başladığınız işləri bitirin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Axşam saatları ümumi işgüzar və ya maliyyə maraqlarınızın olduğu insanlarla ünsiyyət üçün yaxşı vaxtdır. Sırf peşə fəaliyyəti ilə bağlı məsələnin müzakirəsində diqqətli olun.
Qız - ehtiyatlı və sayıq olun. Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.
Başqalarının işlərini müzakirə etmək çox təhlükəlidir. Sözlərinizə diqqət edin. Sirrlərinizi bölüşməyin.
Son həftələrdə sizi narahat edən problemi günün ikinci yarısında uğurla həll edə bilərsiniz. Parlaq ideyanın həyata keçirilməsi yaşamınızda ciddi dəyişikliklərin əsasını qoyacaq.
Fəal olun, süstlüyə qapılmayın.
Tərəzi - narahat, təbəddülatlı, amma maraqlı gündür. Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir.
Kiçik problemlər əhvalı korlaya bilər. Bahalı və mürəkkəb texnikanın sıradan çıxması, dəyərli əşyanın itirilməsi riski var. Səliqəli və diqqətli davranın.
Gərginliyə qapılmayın. Stress, təbii ki, emosional və fiziki vəziyyətinizə mənfi təsir edir.
İstirahət etməyə, dincəlməyə vaxt tapın.
Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Bədxərclik etməyin, alış-verişdə pullarınıza düşmən kəsilməyin.
Əqrəb - Yalnız qaçılmaz zərurət yarananda borc götürün. Qəflətən sərtləşən məişət problemləri işdə müəyyən məsələnin həllinə mane olacaq. Sakit gündür. Enerjiniz çoxdur. Səylərinizi effektiv səmtə yönəldin. Günü bütünlüklə başqalarının problemlərinə həsr etmək yanlışlıq olardı. Belə davranış mütləq şəkildə inciklik və anlaşılmazlıqlara səbəb olacaq.
Günün ikinci yarısında yaxınlarınızın sizdən təvəqqe etdiyi işi yerinə yetirməklə yardımları sonuclandırın. Sentimental olmayın. Əks təqdirdə sevdiyiniz insanı təəccübləndirə bilərsiniz.
Oxatan - Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Ağır və məşəqqətli iş perspektivi varsa belə, geri çəkilməyin. Ruhdan düşməyin.
Yaxın ətrafınızdakı insanların öz problemlərinin çözümünü sizə həvalə etmələrinə imkan verməyin. Sizin hesabınıza işlərini həll etmək istəyənlərin sayı az deyil.
İşgüzar görüşlər yaxşı nəticə verəcək. Seminar, konfrans və ya toplantıda iştirakda fayda var.
Günün ikinci yarısında alış-verişdə pul xərcləmək istəyi çox güclü olsa da, hisslərinizə hakim olun. Gözəl, amma gərəksiz əşya almayın. Qənaətlə davranın, bədxərclik etməyin. Axşam saatlarında aktiv istirahət edin.
Oğlaq - səhər saatlarında yaranan çətinliklərin öhdəsindən sürətlə gəlin. Problemləri tez çözün. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Pis gün deyil. Bir zamanlar dəyər verdiyiniz və ya rəğbət bəslədiyiniz insanla qəfil görüş ola bilər.
Günün ikinci yarısında xatirələr sizi təbdən çıxara bilər. Özünüzü ələ alın.
Səfər və ya səyahət istisna deyil. Bir neçə saatlıq yoldan sonra da ciddi yorğunluq hiss etməyəcəksiniz.
Axşam saatlarını açıq havada keçirin.
Dolça - günün ilk yarısından etibarən işlər pis alınmayacaq. Əsas məsələ odur ki, emosional fon stabil olmayanda münaqişə yaratmayın. Qıcıqlı davranmayın. Qohumlarınız və ya ailə üzvlərinizdən biri barədə xəbər sizi sevindirəcək.
Peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Buna görə bir zamanlar yaxşılıq etdiyiniz insana minnətdarlıq edin.
Günün ikinci yarısında aldığınız məlumatlar pis olmayacaq. Şəxsi münasibətlərlə bağlı təcrübəniz zənginləşəcək. Həmin təcrübə az sonra karınıza gələ bilər.
Axşam saatları alış-veriş üçün münasibdir.
Balıqlar - insanlara həddən artıq inanmayın. Fırıldaqçılar və saxtakarlar etimadınızdan sui-istifadə etməyə çalışacaqlar. Sevdiyiniz insanla bağlı şübhələr yarana bilər. Həmin şübhələrin nə dərəcədə əsaslı olduğu bir qədər sonra bilinəcək. Ona görə özünüzə və dəyər verdiyiniz insana əzab verməyin.
Günün ikinci yarısında yaradıcı potensialınızın səviyyəsi yüksək olacaq. Maraqlı işlə məşğul olsanız, pozitiv emosiyaların sayı az olmayacaq.
Maraq və məqsədlərinizi bölüşəcək insanla tanış ola bilərsiniz.
Milli.Az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub