General və sabiq idarə rəisləri yenidən hakim qarşısında - "Nəcməddin Sadıqovun 800 min manat pulu..."
KRİMİNAL
14.09.2024, 10:03
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib.
Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov verdiyi bir neçə vəsatət təmin edilməyib.
Vəkil deyib ki, Cəlal Kazımovun üzərinə həbs qoyulduğu bir əmlakı satılıb və əldə edilən 110 min manat pul dövlət hesabına köçürülüb. Vəkil bununla bağlı sənədin iş materiallarına əlavə edilməsini xahiş edib. Vəsatət qismən təmin edilib.
Vüsal Əlizadənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin çalışdığı “N” saylı hərbi hissədə təftişçilər tərəfindən yoxlama aparılarkən çatışmazlıqlar aşkar edildiyini bildirib.
“Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, - vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib.
Proses zamanı müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də məhkəməyə bir neçə vəsatət təqdim edib. Onun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin nə yerdə olduğunu bilmək üçün istintaq orqanına sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin edilib.
Həmçinin məhkəmə vəkilin daha bir vəsatətini təmin edib. O, həmin vəsatətdə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov cinayət işi üzrə hadisələrin mərkəzində olan şəxslərdəndir.
“Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirimişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, - vəkil deyib.
Dövlət ittihamçısı da sözügedən şəxsə yeni suallar olduğu halda vəsatətin təmin olunmasına etirazının olmadığını bildirib. Vəsatət təmin edilib. Belə ki, növbəti prosesdə R.Xələfov yenidən dindiriləcək.
Nizami Məmmədovun başqa bir vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib.
“O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, - müdafiəçi bildirib.
Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
Vahid Ələkbərovun bankında dəyişiklik oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Nəqliyyat və digər xidmət sektorlarında keyfiyyət pisləşir" - BAKI METROSUNDA NƏ BAŞ VERİR? (YENİLƏNİB)
Bugün, 12:02 CƏMİYYƏT
-
Bulvarda dənizin üzərindəki neft ləkələri təmizlənir
Bugün, 11:44 CƏMİYYƏT
-
HUSİLƏR İRƏLİLƏYİR, HÖKUMƏT QÜVVLƏRİ DİRƏNİR, ƏR-RİYAD SAVAŞIN ƏRAZİSİNƏ KEÇƏCƏYİNDƏN QORXUR - 4 bölgənin əhalisinə xəbərdarlıq edildi
Bugün, 11:36 GÜNDƏM
-
Müsəlman dini liderlər Prezident İlham Əliyevə müraciət ediblər - MƏTN
Bugün, 11:29 GÜNDƏM
-
İran: "ABŞ-ın daha bir MQ-1 pilotsuz təyyarəsi vurulub"
Bugün, 11:29 DÜNYA
-
TDT Müsəlman dini liderləri Bakıya toplandı, bəyannamə qəbul etdi - MƏTN (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
Milli Məclisdə daha bir sahə üzrə ictimai dinləmə keçiriləcək
Bugün, 11:03 GÜNDƏM
-
Şenol Günəş "Trabzonspor"a 5-ci dəfə qayıdır
Bugün, 10:53 İDMAN
-
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - FOTOLAR
Bugün, 10:46 GÜNDƏM
-
DTX rəisi Çində - Azərbaycanla təhlükəsizlik sahəsində yeni saziş imzalandı
Bugün, 10:46 SİYASƏT
-
"Adanalı" serialının "Maraz Ali"si geri dönür
Bugün, 10:29 MƏDƏNİYYƏT
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
Bugün, 10:21 İQTİSADİYYAT
-
SOCAR-dan "AZƏRİQAZ"a XƏBƏRDARLIQ: çıxış yolu sayğac dəyişməkdirmi? - Azər Məmmədov və komandası hələ də "transformasiya" ilə "oynayır" (VİDEO)
Bugün, 10:21 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyası üzvlüyünə qəbul: ixtisas imtahanına sənəd yığılır
Bugün, 10:13 CƏMİYYƏT
-
UNEC rektoru: "Bununla təhsildə "hər şeyin düzəlməyəcəyi"ni hamı qəbul edir"
Bugün, 10:08 CƏMİYYƏT
-
Bakıda bir evin qiymətinə İspaniyada bir kənd aldı: içində kilsə, məktəb, 44 ev və... - FOTOLAR
Bugün, 09:56 İQTİSADİYYAT
-
Gəncədə iki nəfər bıçaqlandı
Bugün, 09:34 KRİMİNAL
-
İki təhlükəli virusa qarşı erkən xəbərdarlıq sistemi: TOYUQLAR!
Bugün, 09:02 DÜNYA
-
Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!
Bugün, 00:52 İDMAN
-
Suriyada yanacaq qiymətləri bahalaşdı, etirazlar böyüdü
Bugün, 00:41 DÜNYA
-
HUSİLƏR YƏMƏNİ SÜRƏTLƏ ƏLƏ KEÇİRİR: hökumət itkiləri etiraf elədi, qruplaşma isə...
Bugün, 00:29 GÜNDƏM
-
Hakan Fidan Şeybani və Xəttabla görüşüb
Bugün, 00:24 DÜNYA
-
İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb
Bugün, 00:17 DÜNYA
-
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var
Bugün, 00:07 GÜNDƏM
-
Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT