Efiopiyada torpaq sürüşməsi: 23 nəfər ölüb, 2 min hektar əkin sahəsi yararsız hala düşüb

img

27-08-2024 [17:21]


Efiopiyanın Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 23 nəfər ölüb, 8 yaralı var.

Məlumata görə, torpaq sürüşməsi ən azı 2700 nəfər evlərini tərk etmək məcburiyyətində qoyub: "Təxminən 2 min hektar əkin sahəsi yararsız hala düşüb".

Bölgə rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım olunduğunu deyib.

Efiopiya Meteorologiya İnstitutu isə güclü yağışlar səbəbindən sürüşmə bölgələrində riskin böyüyəcəyi haqqında xəbərdarlıq edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR