Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-08-2024 [00:01]
Qoç - ticarətlə məşğul olan, kommersiya sahəsində fəaliyyət göstərən və ya işgüzar tədbirlərin təşkilatı ilə məşğul olanlar üçün əlverişli zamandır. Görüşlər məhsuldar olacaq. Peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə edin. Yeni düşmənlər və bədxahlar qazanmadan mövqelərinizi müdafiə edin. Haqlı olduğunuzu düşünürsünüzsə, əsla geri çəkilməyin.
Günün ikinci yarısı yaradıcılıq potensialınızı nümayiş etdirmək üçün əlverişlidir. Ən ağır problemləri həll edə bilərsiniz. Romantik münasibətlər düşərli olacaq. Sevdiyiniz insanla mübahisə etməyin, onun qəlbini qırmayın.
Buğa - məqsədə aparan yolda maneələr yaranacaq. Lakin onları sürətlə dəf edə biləcəksiniz. Qəfil ideyalarınız düşərli olacaq. Yeni müttəfiq və köməkçilərin axtarışlarına başlamaq olar.
Günün ikinci yarısında birgə fəaliyyət məhsuldar təsir bağışlayacaq. Hansısa köhnə əlaqələr qırılanda, təmaslar pozulanda ruhdan düşməyin. Bütün bunlar işin xeyrinədir.
Yaxınlarınıza qayğı göstərin. Sayıq və sərvaxt olun. Kimsənin işlərinə qarışmayın. Ailə münasibətləri səyləriniz nəticəsində inkişaf edərək güclənə bilər. Sevdiyiniz insanla təmaslarınızdakı fikir ayrılıqlarına son qoyun.
Əkizlər - anlaşma və sövdələşmələr, maliyyə məsələlərinin həlli üçün uğurlu zamandır. İşgüzar duyumunuz sizi aldatmamalıdır. Yeni biznes layihələrə başlamaq, iş yerini dəyişmək və ya yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı razılığa gəlmək olar.
Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Ətrafınızdakı insanlarla dil tapın. Sizinlə razılaşmayan insanlarla belə, sərt danışmayın. Romantik macəra istisna deyil.
Axşam saatlarında ağrılar peyda ola bilər. Səhhətinizə fikir verin.
Xərçəng - mühüm işlərdə asan uğurlara bel bağlamağa dəyməz. Məqsədə çatmaq üçün səy göstərmək gərəkdir. Rəğbət bəsləmədiyiniz və ya bir zamanlar sizi hirsləndirmiş insana yardım üçün müraciət etməli olacaqsınız. Həmin adamla ünsiyyətdə mümkün qədər həssas olun. Hisslərinizi aşkarlamayın.
Günün ikinci yarısı ailə üzvləri ilə münasibətlərdə yaranmış problemlərin aradan qaldırılması üçün əlverişlidir. Qohumlarla təmaslarda diqqətli davranın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun.
Axşam saatlarında kiçik alış-veriş etmək olar.
Şir - çalışdığınız insanlarla dil tapın, onların nə istədiklərini anlamağa çalışın. Məqsədə çatmaq üçün gərəkli bildiyiniz vasitələrdən və metodlardan istifadə edin.
Maliyyə məsələlərinin həlli, potensial sifarişçi və ya alıcılarla müzakirələr üçün əlverişli zamandır.
Günün ikinci yarısında diqqətli olun, ən tələbkar insanda belə, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Yeni münasibətlərə başlamaq məsləhət deyil. Romantik macəranı unudun. Axşam saatlarına yaxın evdə xoşagəlməz situasiya yarana bilər. Problemin həll yollarını tapmsanız, acı fəsadların öhdəsindən gəlmək zərurəti ilə qarşılaşacaqsınız.
Qız - əlverişli, uğurlu gündür. Əvvəllər başladığınız işləri başa vura bilərsiniz. Yeni işə və ya layihəyə başlayanda diqqətli olun, müsbət və mənfi yönləri sayıqlıqla dəyərləndirin. Məqsədə çatmaq üçün səy göstərməli olacaqsınız. Fəqət əməyinizin bəhrəsi pis olmayacaq.
Günün ikinci yarısında işgüzar səfər pis alınmayacaq. Aktiv olun, bir yerdə oturmayın. Fəqət, dəqiq plan olmadan yola çıxmayın. Sizi macəralar və sərgüzəştlər gözləyir.
Riskdən çəkinməyin.
Tərəzi - günün ilk yarısında çətiniklər yarana bilər. İnandığınız insanlar sizin üçün problemlər formalaşdıracaq. Əsas problem yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırmaqda sustlük etməyinizdir.
Hər şeyin bağışlanacağını düşünməyin.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki xəstəliklərin yenidən kəskinləşməsi istisna deyil. Axşam saatlarını evdə keçirmək məsləhətdir. Yorucu, usandırıcı işlərlə məşğul olmayın. Ailə üzvləri ilə münasibətlər harmonik olacaq. Yaxınlarınız emosional fonun əlverişli olmasına çalışacaqlar.
Normal istirahət edin.
Əqrəb - başladığınız işlərdə uğur və böyük nailiyyətlər vəd edən gündür. Genişmiqyaslı və ciddi işlərə başlamaq olar. İndiyədək dəfələrlə müzakirə olunmuş layihənin reallaşdıırlması zamanıdır.
Günün ikinci yarısında qəfil, maraqlı işgüzar təkliflərin alınması istisna deyil.
Potensial tərəfdaşlar və ya sifarişçi ilə görüş olacaq.
Axşam saataları istənilən formada münasibətlərə başlamaq üçün əlverişlidir. Təbii, səmimi olun. Rəğbət bəslədiyiniz, maraqlandığınız insanın xoşuna gəlməyə çalışın.
Oxatan - gərginlik, təlaş və narahatlıq vəd edən gündür. Bütün bunlar baş verən olaylardan yox, həmin olaylara sizin münasibətinizdən qaynaqlanır. Bütün prosesləri nəzarət altında saxlamaq istəyirsiniz, amma alınmayacaq. Qıcıq və sinirin səbəbi də elə budur.
Günün ikinci yarısı ünsiyyət üçün pis deyil. Peşəkar fəaliyyətinizlə bağlı danışıqlar, şəxsi münasibətlərinizdəki problemlərin həllinə yönəlmiş diskussiyalar sonucsuz qalmayacaq.
Müstəqil çalışmaq və təkbaşına işləmək istəyirsinizsə, aktiv olun. Əks halda əhvalınız pisləşə bilər.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - mürəkkəb, qarışıq gündür. Problemləri sürətlə həll etmək üçün hiyləgərlik və fəndgirliyə ehtiyac var. Lakin heç bir halda, əsla vicdanınızın səsini kəsməyin. İşdə və evdə münaqişələr yarana bilər. Sərt, aqressiv olmayın. İşdə rəhbərliklə ünsiyyətdə sayıq və ehtiyatlı olun.
Günün ikinci yarısında yarana biləcək münaqişələrin sonucları çox pis ola bilər.
Axşam saatlarına yaxın səhhətinizdə prolblemlər yarana bilər. Qida zəhərlənməsi riski var. Ağır fiziki işlə məşğul olmayın. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Dolça - günün ilk yarısında həddən artıq mürəkkəb işlərə başlamayın. Sonradan fəsadları sizi təəssüfləndirəcək səhvlərə yol vermək riski az deyil. Maliyyə çətinlikləri, uğursuz investisiyalar və alış-veriş istisna deyil.
Uzunmüddətli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün münasib zaman deyil.
Günün ikinci yarısında alacağınız təklifin şərtlərini və təfərrüatlarını öyrənməmiş razılıq verməyin.
Müsbət təmayüllərin təsiri güclənir. Nikbin olun, bədbinliyə qapılmayın. Məqsədə çatmaq üçün əzmlə, israrla çalışın. Qətiyyətli olun.
Balıqlar - maliyyə fonu uğursuzdur. Pul və maliyyə ilə bağlı məsələlərdə həddən artıq ehtiyatlı, həssas davranın. Sərvaxtlığı unutmayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın.
Dürüst yolda olduğunuza əmin deyilsinizsə, sadəcə, hərəkəti bir qədər zəiflədin, amma yoldan çıxmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Narahat olmayın, ciddi təhlükə yoxdur. Uzun səfərlərdən uzaq durmağa çalışın. Yorula bilərsiniz. Əhvalınızı yolda korlamayın.
Milli.Az
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı olub - İlham Əliyev tədbirdə çıxış edib
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altə nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edildi - Tramp qanun layihəsini təsdiqlədi, ucuz neft alan ölkələr cəzalandırılacaq
Vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb
"Həmin toyda nə deputatı gördük, nə də ona əmi kimi.." - Müğənni müzakirələrə səbəb olan dəbdəbəli toydan danışdı
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşdü
"O, 400 mini “Holluvud” restoranım üçün istədi" - Şərurlu İsfəndiyardan sabiq icra başçısına ağır ittiham
Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu
"Beşiktaş" daha bir futbolçu ilə vidalaşdı
Daxili savaşa sürüklənən İrana ABŞ-dan sərt xəbərdarlıq: "Tramp sizi gecə əməliyyatı ilə cəzalandıra bilər" - FOTOLAR
Cəbrayıl və Füzulidə yanğınlar başlayıb - FHN açıqlama yaydı
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)
Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: "ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi..."
Türkiyədə məşhur aktyor və aktrisalar saxlanıldı - SİYAHI
Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Politoloq: "İranda Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər"
Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - VİDEO
Şahin Bağırov polkovniki idarə rəisi təyin edib
"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO
"Nərimanov" metorstansiyasında kişi qatarın altına düşərək ölüb
Prezident futbol komandasına avtobus bağışlayıb - FOTO
Gəncə-Qəbələ-Gəncə qatarının qrafiki və bilet qiymətləri... - CƏDVƏL
"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO
Abşeronda məktəbli dəm qazından zəhərlənib
Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
"Fənərbağça" daha bir futbolçu transfer edir
Neymarın müqavilə müddəti uzadıldı
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Prezident bu qurumlara 6,3 milyon manat ayırdı - SƏRƏNCAM
Xalq artisti Cahangir Novruzov təltif olunub - Sərəncam
Prezident onları təltif edib - SİYAHI
AMEA-nın vəzifəli şəxsləri hakim qarşısına çıxarılır - DETALLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ