Mərkəzi Bankın valyuta və qızıl ehtiyatı artıb - Ümumilkdə 4 milyard dollar

img

08-08-2024 [16:38]


Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatı bir həftə içində xeyli artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik hesabat yayıb.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2 milyard 375 milyon dollar artaraq 150 milyard 386 milyon dollara çatıb.

Bundan başqa son bir həftədə Mərkəzi Bankın qızıl ehtiyatları da 1 milyard 791 milyon dollar artıb: "Hazırda Bankın 57 milyard 895 milyon dollarlıq qızıl ehtiyatı var".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA