Kamala Harris prezidentliyə rəsmən namizəd oldu: "Bizi qarşıda prokurorla cinayətkarın mübarizəsi gözləyir..."

Kamala Harris prezidentliyə rəsmən namizəd oldu: "Bizi qarşıda prokurorla cinayətkarın mübarizəsi gözləyir..."

GÜNDƏM

06.08.2024, 12:54

ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, baydenin prezidentlik  yarışından geri çəkilməsindən sonra Demokratlar Partiyasında keçirilən səsvermə ilə müəyyənləşib: "5 günlük səsvermə nəticəsində Kamala Harris təxminən 4600 səslə (99 faiz) Demokrat Partiyasının rəsmi namizədi olub".

Beləliklə, o, noyabrın 5-də keçiriləcək seçkilərdə keçmiş prezident Donald Trampla yarışacaq.

Vitse-prezident vəzifəsinə qədər prokuror işləyən Harris səsvermədən sonra Tramp və onun haqqında açılan cinayət işlərinə işarə edərək deyib: "Bizi qarşıda prokurorla  cinayətkarın, qanunla qanunsuzluğun mübarizəsi gözləyir..."

Lamiyə Əhmədli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR