Misir XİN başçısı: "Türkiyə ilə birgə Qəzzada atəşkəsə çalışırıq"

Misir XİN başçısı: "Türkiyə ilə birgə Qəzzada atəşkəsə çalışırıq"

SİYASƏT

05.08.2024, 18:49

"Qəzza zolağında atəşkəs üçün güclü səylər göstəririk. Türkiyə və Misir olaraq İordan çayının qərb sahilində də vəziyyətin pisləşməsindən narahatıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misirin Xarici işlər naziri Bedr Abdulati türkiyəli həmkarı Hakan Fidanla Qahirədə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə dünyanın diqqət kəsildiyi regionda təhlükəsizlik və sabitliyə üstünlük verir: "Biz regionun mühüm məsələlərini müzakirə etdik. Önəmli olan bölgədəki gərginliyi azaltmaqdır. Bölgədə gərginliyi artırmaq üçün səylərin olduğunu görürük. Biz həmişə bu səyləri pisləmişik".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR