Azərbaycanlı jurnalist Tbilisidə saxlanılıb - Bakıya təhvil veriləcək (Yenilənib)

img

04-08-2024 [12:55]


Azərbaycanlı jurnalist Əfqan Sadıqov Vətəninə ekstradisiya məqsədi ilə Tbilisidə saxlanılıb.

Oxu.az "Pirveli TV"yə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib.

Bildirilir ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.

***

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb: “Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA