Türkiyədə qadın jurnalist saxlanılıb

Türkiyədə qadın jurnalist saxlanılıb

PRESS

Bugün, 13:40

Türkiyədə bu gün daha bir jurnalist saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, son aylardakı sosial media və "YouTube"da paylaşımlarına görə barəsində cinayət işi açılmış jurnalist Oya Lale Arslan bu gün prokurorluğun təqdimatıyla tutulub.

Məlumatda deyilir ki, ona qarşı "açıq şəkildə yanlış məlumat yaymaq" və "terror təşkilatının təbliğatını aparmaq" ittihamları ilə irəli sürülüb.

Xatırladaq ki, Arslan karyerasına 1992-ci ildə Anadolu Agentliyinin Radio Anadolu xidmətində başlayıb. O, həmçinin CTV, TRT Ankara Radiosu və Halk TV-də çalışıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR