Türkiyədə 23 general və admiralın rütbələri qaldırılıb

img

01-08-2024 [17:30]


Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrində yüksəlmə və təyinatlar müzakirə olunub.

Müzakirələrdən sonra 23 general və admirala daha yüksək rütbə, 77 polkovnikə isə general və admiral rütbələri verilib. 

Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlunun səlahiyyət müddəti isə daha bir il uzadılıb.

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA