Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı artıb, qızıl ehtiyatı isə azalıb

img

25-07-2024 [15:35]


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı son həftədə daha da artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik statistik hesabatı açıqlayıb.

Hesabata görə, Mərkəzi Bankın ehtiyatları keçən həftəylə müqayisədə 114 milyon dollar artaraq 154 milyard dollara yüksəlib.

Valyuta ilə müqayisədə isə son bir həftədə qızıl ehtiyatları 237 milyon dollar azalaraq 59 milyard 451 milyon dollardan 59 milyard 214 milyon dollara düşüb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR