Türkiyənin 13 şəhərində eyni anda əməliyyat: 72 İŞİD üzvü saxlanılıb

img

25-07-2024 [09:28]


Türkiyənin 13 şəhərində eyni anda İŞİD terror qruplaşmasının üzvlərinə qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barıədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, əməliyyatla 72 nəfər qandallanıb: "Terrorçulara göz açmağa imkan verməyəcəyik. Tək bir məqsədimiz var; son terrorçu zərərsizləşdirilənə qədər mübarizə aparmaq!"

Nazir əlavə edib ki, əməliyyatlar nəticəsində külli miqdarda xarici valyuta, türk lirəsi və sənədlər aşkarlanaraq götürülüb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA