Seçkini uduzan TFF prezidenti halallıq istədi: "Bizdən bu qədər..."

Seçkini uduzan TFF prezidenti halallıq istədi: "Bizdən bu qədər..."

İDMAN

19.07.2024, 00:14

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti postu uğrunda seçkidə İbrahim Hacıosmanoğluna cəmi 5 səslə uduzan Mehmet Büyükekşi klub rəhbərləri ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səsvermənin nəticəsi açıqlandıqdan sonra o, ayağa qalxaraq bir cümlə ilə sağollaşaraq salonu tərk edib: "Məndən bu qədər. Hər kəs haqqını halal eləsin".

Xatırladaq ki, səsvermədə iştirak edən 274 nümayəndədən 134-ü Hacıosmanoğluya, 129 isə Büyükekşiyə səs verib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR