Mikayıl Cabbarov İsrailin regional əməkdaşlıq naziri ilə fikir mübadiləsi aparıb

img

15-07-2024 [18:11]


Azərbaycan İsraillə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını müzakirə edib.

Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR