Filarmoniyada əməliyyat keçirilib - Saxlanılanlar var? (AÇIQLAMA)

img

04-07-2024 [18:09]


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: "Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

Xatırladaq ki, bu gün bir sıra saytlarda əməliyyatla filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə ilə direktor müavini Ayla Kərimovanın saxlanma xəbəri yayılsa da, qurumun mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə News24.az-a açıqlamasında bunu təkzib edib: "Yoxlamlar sadəcə bəzi səndələr üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var".

MİA.AZ

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:05 05.07.2024

Sabah isti hava olacaq