Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası olub - Açıqlamalar (Yenilənib)
06-07-2024 [13:45]
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu deyib.
Nazir bildirib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir: "Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür".
O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.
Sonra iclasın gündəliyi qəbul edilib.
Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir: “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” Təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”.
Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır: “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”.
Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.
Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir: "Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”.
İclas gündəlikdəki məsələlər ətrafında çıxışlarla davam edib.
***
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.
Toplantıda çıxış edən nazir bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: “Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”.
İclasdan əvvəl XİN başçıları ailə fotosu çəkdirib.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü