AVRO-2024: İspaniya Almaniyanı son dəqiqə qolu ilə məğlub etdi

img

05-07-2024 [22:38]


Bu gün AVRO-2024-də Almaniya ilə İspaniya yığmaları 1/4 finalda üz-üzə gəliblər.

Mia.az xəbər verir ki,  oyunun  52-ci dəqiqədə ispanlar hesabı açıb.

Dani Olmo dəqiq oynayıb - 0:1.

89-cu dəqiqədə isə almanlar Florian Virtsin qolu ilə hesaba tarazlıq gətirib - 1:1.

Bundan sonra əsas vaxtda hesab dəyişməyib.

Əlavə edilmiş 30 dəqiqləlik hissənin sonunda - 119-cu dəqiqədə ispaniyalı Merina fərqi artırıb - 1:2.

Beləliklə, oyun bu hesabla başa çatıb və İspaniya 1/2 finala vəsiqə qazanıb.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dubl edən Dani Olmo pireneyliləri yarımfinala daşıyıb.

Onu da qeyd edək ki, İspaniya millisinin bu mərhələdə Portuqaliya - Fransa cütünün qalibi ilə oynayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR