İranda seçki: Pezeşkian prezident seçildi - Yeni dövlət başçısı ilə bağlı maraqlı məlumatlar
06-07-2024 [09:13]
İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami ikinci tur seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bəyan edib.
O bildirib ki, dünən keçirilən prezident seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb: "Ölkə üzrə təxminən 59 min mərkəzdə 30 milyon 530 min 157 nəfər səs verib. Cənab Pezeşkian onlardan 16 milyon 384 min 403 nəfərin, yəni, 53.7 faizinin səsini qazanb. Onun rəqibi Səid Celili isə seçicilərin 44.4 faizinin, rəqəmlə ifadə etsək, 13 milyon 538 min 179 nəfərin səsini alıb. Beləliklə, Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib...".
Məsud Pezeşkian kimdir?
O, 29 sentyabr 1954-cü ildə İranın Mahabad şəhərində azərbaycanlı ailəsində doğulub. Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsi zamanı həm döyüşçü, həm də həkim kimi xidmət edib.
1985-ci ildə Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.
1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasını alan Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Pezeşkian 1994-cü ildə həyat yoldaşı Fatma Mecidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb və bir daha ailə qurmayıb. Pezeşkianın ailəsində yaşanan dram və onun buna mətn yanaşaraq fədakarlıq etməsi İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimtanıdıb. Məhz bu amilin seçicilər tərəfindən ona rəğbət və hörməti artırdığı iddia olunur.
Pezeşkian siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. O, 2001-ci ildə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb.
2008-ci ildə ölkədə keçirilən seçkilərdə Təbrizdən deputat seçilib.
Pezeşkian hakimiyyətin müxalifətə münasibətini sərt tənqid etməkdən çəkinməyib. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən hadisələrdən sonra təhlükəsizlik qüvvələrinin müdaxiləsini tənqid edən parlamentdə çıxış edən Pezeşkiyan mühafizəkar millət vəkilləri ilə gərginlik yaşayıb.
2013-cü ildə İranda keçiriləcək prezident seçkilərində namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o, nüvə sazişini və Qərblə yaxşı münasibətləri müdafiə edib.
Pezeşkianın 2021-ci il seçkiləri üçün namizədliyi rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbriz deputatı kimi yenidən parlamentə daxil olub.
2022-ci ilin sentyabrında İranda Mahsa Emini adlı gənc qadının polis nəzarətində ölməsindən sonra dövlət televiziyasında iştirak etdiyi proqramda danışan Pezeşkian, qadınlar üçün məcburi hicab qanunu ilə bağlı müdaxilələrin vəziyyəti daha da pisləşdirdiyini və buna son qoyulmalı olduğunu söyləyib: "Uşaqlarımızın iffətli olmasını istəyirik, lakin bu davranışlar onları dindən uzaqlaşdırırsa, bu üsulu davam etdirməməliyik".
Keçmiş prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıq dəstəyini alan Pezeşkian seçki kampaniyalarında ölkədə “etnik və məzhəb ayrı-seçkiliyi” və məcburi hicab problemini vurğulayıb. O, iqtisadiyyat və ədalətlə bağlı problemləri həll edəcəyinə söz verib.
İnternet qadağalarını böyük ölçüdə qaldıracağına da söz verən Pezeşkian daxili və xarici siyasətdə mühüm islahatların aparılacağını, həmçinin Qərblə daha yaxşı əlaqələr qurulacağını bəyan edib.
Samir Musayev
Mia.az
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Ağdamda mülki şəxs minaya düşüb
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR