Zaniolo "Atalanta"ya icarəyə verildi - "Qalatasaray" nə qədər qazandı?

img

05-07-2024 [17:47]


"Qalatasaray"ın Nikolo Zaniolonu İtaliya A Seriyasının komandalarından olan "Atalanta"ya icarəyə verməsinin detalları açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, italyan klubu icarə haqqı olaraq istanbul klubuna bir il üçün bəribaşdan 6,4 milyon avro ödəyəcək.

Məlumata görə, müqavilə şərtinə əsasən, əgər "Atlanta" gələn mövsüm onu birdəfəlik transfer edərsə, o zaman "Qalatasaray" daha 15,5 milyon avro qazanacaq: "Bundan əlavə, müqaviləyə 2 milyon avro məbləğində şərti bonus da daxil olunub"

Fərid

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA