Sadır Japarov Azərbaycana işgüzar səfərə gəlib (Yenilənib)

img

05-07-2024 [15:20]


Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

Mia.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

***

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə gəlib.

Mia.az xəbər verir ki, o, Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Nümayəndə heyətinə Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev, bu ölkənin Azərbaycandakı səfiri Maksat Mamıtkanov, nəqliyyat və kommunikasiya naziri Tilek Tekebayev daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR