Şuşada Türk Dövlətləri Təşkilatının iki günlük sammiti başlayır - Diqqətçəkən 4 məqam (TƏHLİL)
05-07-2024 [16:56]
Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük sammiti başlayır.
Sammitin diqqətçəkən məqamları var:
1. Sammit, qeyri-rəsmi təşkil olunur;
2. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir;
3. Sammit, Şuşa şəhərində baş tutacaq;
4. Sammit, Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra Vaşinqtonda keçiriləcək NATO sammitindən isə (İyulun 9-11-də) dörd gün öncə keçirilir;
Sammitin qeyri-rəsmi keçirilməsi ilk diqqətçəkən detaldır. Təcrübə göstərir ki, adətən belə situasiyalarda dövlətlər, ya da təşkilatlar aktual məsələləri müzakirə edir, mövcud vəziyyəti dəyərləndirir, mühüm qərarlar qəbul edirlər.
İndiki məqamda müzakirə ediləcək birdən çox mövzu var. Misal üçün TDT-na yeni üzvlərin qəbulu (Macarıstan, Türkmənistan), Şimali Kiprin statusunun təyin edilməsi, təşkilatdaxili siyasi, iqtisadi, hərbi əlaqələrin pərçimləməsi üçün yeni sazişlərin imzalanması və s.
TDT sammitlərindən ümumi ən böyük gözlənti isə şübhəsiz, Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin təşkilat daxilində vahid xartiya halına gəlməsidir. Düzdür, bu, hələlik bir gözləntidir, lakin sammitlərdə müzakirə edilməsi istisna deyil.
Görüşün Şuşada keçirilməsi də təsadüfi deyil. Bakı Şuşanın türk dünyasının siyasi paytaxtı halına gəlməsini istəyir. Başqa cür desək, Aİ üçün Brüssel nədirsə, Türk dünyası üçün Şuşa o ola bilər. Sammitdə buna dair təklif ola bilər.
Sammit Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü ilə təşkil olunub. Sammitdə təşkilata üzv ölkələr ilə yanaşı müşahidəçi ölkələrin liderlərinin iştirakı da gözlənilir. Əslində, bu detal kimi sammitin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra, Vaşinqtonda keçiriləcək NATO sammitindən isə dörd gün öncə keçirilməsi də diqqət çəkir. Bu onu deməyə əsas verir ki, müzakirə ediləcək məsələlər həm də geosiyasi olacaq.
Ümumiyyətlə, son günlər ard-arda Üçüncü Dünya müharibəsinin başlanmasına dair açıq mesajlar səsləndirilir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da bu məsələyə reaksiya verməsi prosesin ciddiliyindən xəbər verir. Mümkündür ki, Şuşada həm də bu məsələ müzakirə ediləcək.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməyəcəyi deyilir. Onun Hollandiya-Türkiyə maçı ilə əlaqədər sammitə qatılmayacağına dair xəbərlər var. Ərdoğan sammitə onlayn qatıla, ya da əvəzləyici bir şəxs göndərə bilər. Lakin qatılmaması xəbəri hələlik dəqiq deyil.
Turan Rzayev
MİA.AZ
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü