Qabil Hüseynlinin qızı direktor təyin edilib - Nazir əmr verdi (FOTO)

img

05-07-2024 [17:07]


Siyasi şərhçi Qabil Hüseynlinin qızı direktor təyin edilib.

Mia.az "Qafqazinfo"uya istinadla xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub.

K.Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. O, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir.

Prezident İlham Əliyev müvafiq sərəncamı ilə 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR