İlham Əliyev Qazaxıstanda “ŞƏT plyus” formatında görüşdə - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
04-07-2024 [16:44]
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı görüşdə çıxış edib:
"Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli dövlət və hökumət başçıları.
Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.
Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.
Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.
Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.
Sağ olun.
***
Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə Zirvə toplantısında iştirak edir. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
***
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.
Mia.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.
AVRO-2024: Türkiyə yığması yarışla vidalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev TDT-nin dövlət başçıları ilə Şuşada: Qarabağ Bəyannaməsi imzalandı - TAM MƏTN, FOTOLAR (YENİLƏNİB)
Naxçıvanda qətl: 50 yaşlı şəxs 31 yaşlı həmkəndlisini öldürüldü
İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib - FOTO
Vahid Əhmədovun oğlu vəzifədən azad edildi
7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı - SİYAHI
143 milyonluq mənimsəmə işi: daha bir şirkət rəhbəri ifadə verdi - "Mən general idim, hamı gəlib mənimlə görüşürdü..."
Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası olub - Açıqlamalar (Yenilənib)
Azərbaycan neftinin qiyməti bahalaşıb
"Sizi Azərbaycana dəvət edirəm" - İlham Əliyev İranın yeni prezidentinə məktub göndərdi (MƏTN)
İlham Əliyevdən Merih Demirala dəstək: "Yaşasın Türk dünyası!"
İranda seçki: Pezeşkian prezident seçildi - Yeni dövlət başçısı ilə bağlı maraqlı məlumatlar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub - FOTO
Viktor Orban Azərbaycana səfərə gəlib
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Sakinlərlə maraqlı dialoq olub (FOTOLAR)
AVRO-2024: İspaniya Almaniyanı son dəqiqə qolu ilə məğlub etdi
Azərbaycan və Hindistan kinorejissorları gələcək layihələrdə əməkdaşlıq edəcəklər - Açıqlama (FOTO)
İlham Əliyev Hakan Fidanı qəbul edib (Yenilənib)
İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib - FOTO
Prezident Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
Üç kollecə direktor təyin olunub - Onlar kimdir?
Şuşada Türk Dövlətləri Təşkilatının iki günlük sammiti başlayır - Diqqətçəkən 4 məqam (TƏHLİL)
Agentlik sədri özünə iki köməkçi götürüb - FOTO
Sabirabadda ana və körpəsi doğuşdan sonra ölüb
Çempionlar Liqası: "Neftçi"nin rəqibləri müəyyənləşib
Sadır Japarov Azərbaycana işgüzar səfərə gəlib (Yenilənib)
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
UEFA "bozqurd" işarəsinə görə Merih Dəmiralı iki oyunluq cəzalandırdı - TFF 30 səhifəlik etiraz göndərdi
Antalyada meşə yanğını başlayıb
Rusiyadan daha bir gözdağı: nüvə qabiliyyətinə malik ballistik raket sınaqdan çxarıldı
Türkiyədə dəhşətli qətl: uşaq "nolar, atamı vurmayın" deyə özünü güllələrə sipər edib - FOTO
Bakıda baş həkimə kələk gəliblər - Nazirliyin sabiq aparat rəhbərinin evini satmaq adıyla...
Sabah isti hava olacaq
YENİ KOMİTƏ SƏDRİ YENİ ŞÖBƏ VƏ SEKTORLAR YARATDI: onlara vəzifə verildi, icraçı və kollec direktorları isə yola salındı (SİYAHI)
Daha bir partiya namizədlərini təsdiqlədi - Sərdar Cəlaloğlu isə doğma yurduna üz tutdu (SİYAHI)
Nazir Baş naziri hədələyib: "Baş nazir, sizə deyirəm ki..."
Nazirlər Kabineti “Elektrik şəbəkəsinə dair Qaydalar”nı təsdiq edib