Tramp videomüraciət yaydı: "Bayden prezidentlik yarışından geri çəkiləcək, geriyə..."

img

04-07-2024 [11:54]


Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olan Donald Tramp rəqibi, hazırkı prezient Co Baydenlə bağlı sensasion iddia irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, özünün videoçıxışını yayaraq, soon debatda zəif performans göstərən rəqibi Baydenin prezidentlik yarışından geri çəkiləcəyini iddia edib: "Mən canlı yayım debatında Baydenin zəif performansını üzə çıxardım. Onun prezidentliyə yararsız olduğunu sübut elədim. Əla iş gördüm. Baydeni qoca və bədbəxtdir. O, seçkidən çəkiləcək, mütləq çəkiləcək. Bu da o deməkdir ki, geriyə vitse-prezident Kamala qalır. O zavallı Kamala Harris daha ​​yaxşı namizəd olacaq mənimçün...".

Xatırladaq ki, debatdan sonra Baydenə "geri çəkil" açğırışları edilsə də, o, dünən merərlə görüşdə qələbə vədi verib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:05 05.07.2024

Sabah isti hava olacaq