912 min manatı oğurlanan prorektorun evində daha bir oğurluq olub - Məşhur Kəngərlilər ailəsinin üzvlərinin adı yenidən məhkəmədə hallanıb
KRİMİNAL
20.06.2024, 14:23
Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Bir neçə il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva - Kəngərlinin evindən edilib.
G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurladığı məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.
Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: “2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadimə, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.
Məndən başqa, evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü ildə evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.
Araşdırmalar zamanı məlum olub ki, G.Təhməzova pulun böyük hissəsini yaxın münasibətdə olduğu şəxsə verib. İşin üstü açıldıqdan sonra isə o, bütün pulları polisin vasitəsilə geri qaytarıb.
Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşmanlıq hissi duymasını, dəymiş zərəri ödəməsini, qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilən G.Təhməzovaya elektron qolbaq tətbiq edilib və polisin nəzarəti altına verilib.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini də tutub. Onlar məşhur Kəngərlilər nəslindəndirlər.
Onu da əlavə edək ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdı. Həmin vaxt xadimə X.Zeynalova və onun tanışı barəsində də cinayət işi açılmış və hər iki şəxs məhkum edilmişdi.
***
Ailədən sayta bildirilib ki, Gülşən Əliyeva-Kəngərli və Aybəniz Əliyeva-Kəngərli hazırda qeyd edilən vəzifələrdə çalışmırlar.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuz klubu mart ayından Avrokuboklara hazırlıq görür - Bu rayonda ilk dəfə UEFA oyunları keçiriləcək
Bugün, 19:30 İDMAN
-
Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Bugün, 19:22 SİYASƏT
-
Heydər Əliyevin şəxsi fotoqrafı: "Mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən" - MÜSAHİBƏ + FOTOLAR
Bugün, 19:08 PRESS
-
Vasif Talıbov uzun sürən səssizliyini pozdu - FOTO
Bugün, 18:05 SİYASƏT
-
Tovuz azarkeşləri futbolu bayrama çevirdi - VİDEO
Bugün, 17:50 İDMAN
-
İlham Əliyev Zəngilanda: sakinlərlə görüşdə mühüm mesajlar verildi - FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:30 CƏMİYYƏT
-
VƏZİFƏLİLƏRİN MAAŞI ARTDI, FƏHLƏLƏRİN İSƏ YOX! - Komitə sədri "Azəriqaz"dakı sosial ədalətsizliyi qabartdı
Bugün, 11:28 İQTİSADİYYAT
-
İcra Hakimiyətinin hasarını sökdürdüyü adam canına qıydı
Bugün, 11:24 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTO
Bugün, 11:21 İQTİSADİYYAT
-
"Son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın" - İlham Əliyev Slovakiyanın Baş nazirinə cavab verdi
Bugün, 11:12 GÜNDƏM
-
Ceyhun Bayramov: "Ermənistanla delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir"
Bugün, 10:43 SİYASƏT
-
Nə üçün Mehriban xanım Əliyeva Ulu öndər haqqında arzuladığı kitabı hələ oxumayıb? - MİLLƏT VƏKİLİ YAZIR
Bugün, 10:40 YAZARLAR
-
PA rəhbəri: "Qarabağ və Şərqi Zəngəzur bölgələrində..."
Bugün, 09:57 SİYASƏT
-
PA rəhbəri, spiker, Baş nazir... - Hökumət rəsmiləri Fəxri Xiyabanıda + FOTO
Bugün, 09:43 GÜNDƏM
-
Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı göndərildi
Bugün, 09:28 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bugün, 00:01 GÜNDƏM
-
"Qalatasaray" növbəti çempionluğunu qazanıb
09.05.2026, 23:57 GÜNDƏM
-
Ulu Öndərin həyatı və fəaliyyəti bütöv bir məktəbdir - Vahid Tağıyev yazır
09.05.2026, 23:46 SİYASƏT
-
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
09.05.2026, 23:42 ŞOU-BİZNES
-
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
09.05.2026, 20:32 PRESS
-
Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır? - Zahid Orucdan şərh
09.05.2026, 20:17 SİYASƏT
-
Mehriban Əliyeva: “Zəngilan təbiətinin inanılmaz gözəlliyi” - FOTOLAR
09.05.2026, 19:40 GÜNDƏM
-
“Qarabağ”a transfer qadağası qoyulub - FİFA tərəfindən + AÇIQLAMA
09.05.2026, 19:33 İDMAN
-
"O vaxt tülkü kimi qaçıb gizlənənlər indi Heydər Əliyevin təbliğatçısına çevriliblər" - Məşhur YAP-çıdan qəzəbli açıqlamalar
09.05.2026, 18:50 SİYASƏT
-
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı: şişirdilmiş statistik rəqəmlər və... - FOTOLAR
09.05.2026, 18:23 CƏMİYYƏT
-
Zaqatalada 28 yaşlı şəxs rayon sakinini güllələdi
09.05.2026, 18:03 KRİMİNAL
-
Prezident İlham Əliyev və birinci xanım Cəbrayılda - Yeni açılışlar və sakinlərlə görüş oldu + FOTOLAR (YENİLƏNİB)
09.05.2026, 17:47 GÜNDƏM
-
Bərdədə terminallardan 40 min manat oğurlayanlar saxlanıldı
09.05.2026, 16:40 KRİMİNAL
-
QURBANOVUN BÖYÜK BİZNESƏ AÇILAN YOLU: maşın alveri, klublarla alış-veriş və...
09.05.2026, 16:23 İDMAN
-
Şəki-Oğuz sərhədində zəlzələ olub
09.05.2026, 14:51 GÜNDƏM
-
“Qəbələ Xanlar” restoranında gizlədilən silahlar necə tapıldı? - Detallar
09.05.2026, 14:47 KRİMİNAL
-
Əli Kərimlinin atası vəfat edib - 88 yaşında
09.05.2026, 14:25 SİYASƏT