Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO

img

18-05-2024 [19:07]


Odessada yerləşən "Levşa" boks klubunun yetirməsi Camal Quliyev 75 kq çəki dərəcəsində boks üzrə beşinci dəfə Ukrayna çempionu adını qazanıb. 

Bu barədə Mia.az-a Odessada yaşayan azərbaycanlı ictimai fəal, jurnalist Anar Natiqoğlu məlumat verib.

Anar Natiqoğlu bildirib ki, turnir Rovno şəhərində keçirilib.

Onun sözlərinə görə, Camal Quliyev atası, əslən Ağcabədidən olan iş adamı Şamil Quliyevin təsisçisi olduğu "Dopomoqa" xeyriyyə fondunun icraçı direktoru kimi, ehtiyacı olan əhaliyə, xüsusən də məcburi köçkünlərə humanitar dəstək aksiyalarının da fəal iştirakçısıdır: "Ali təhsilli hüquqşünas olan soydaşımız Ukraynanın əməkdar idman və mədəniyyət işçisi Azər Mustafayev və Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin yetirməsidir!".

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:21 19.07.2024

Sabah yağış yağacaq