ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
22-04-2024 [18:55]
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:
-Hörmətli İlham Heydər oğlu. Gəldiyiniz üçün sağ olun.
Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.
Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz Sizinlə onların hər birini müzakirə edəcəyik.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Hörmətli Vladimir Vladimiroviç.
Dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam.
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək.
Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
***
"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
***
"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk".
Mia.az Azərtac-a istinadla xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, - deyə dövlətimizin başçısı bildirib.
***
"İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb".
Mia.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, - o bildirib.
***
Heydər Əliyev Baykal-Amur magistral xəttinin (BAM) inşasında mühüm rol oynayıb.
Mia.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“O, (Heydər Əliyev – red.) bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi”, - o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hələ də BAM-ı inkişaf etdirir: “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır”.
***
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.
***
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.
Mia.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.
***
Prezident İlham Əliyev Rusiyaya gedir.
Mia.az xəbər verir ki, bu barədə Kreml məlumat yaylb.
Bildirilib ki, aprelin 22-də Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının (BAM) veteranları ilə görüşəcəklər.
Türkiyədə zəlzələ olub - 3.8 bal gücündə
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb